14.02.2014

“Asan İmza” Avropa Parlamentində Azərbaycanın orijinal məhsulu kimi təqdim ediləcək

Fevralın 19-da Avropanın keyfiyyət və təhlükəsizlik üzrə bütün tələblərinə cavab verən “Asan İmza” layihəsi Brüsseldə, Avropa Parlamentində Azərbaycanın orijinal məhsulu kimi təqdim ediləcək.

Bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov ötən ilin yekunları və bu il görüləcək işlərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Asan İmza (Mobil İmza) sahiblərinin sayı 23 min nəfərdir, burada aparılan elektron əməliyyatların sayı isə 2 milyonu ötüb.

Qeyd edək ki, 2013-cü ildən etibarən elektron və mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb.

Mənbə

asanimza1