09.09.2014

“Asan İmza”nın əhatə dairəsi genişlənir

Azərbaycanda fəaliyyət göstərən “Nar Mobile” mobil operatoru abunəçilərinə təqdim etdiyi “Asan İmza” xidmətinin əhatə dairəsini genişləndirir.

Belə ki, artıq Nar Mobile “Asan İmza” SIM kartlarını Vergilər Nazirliyinin Bakı şəhəri Mirəli Qaşqay küçəsi 56 ünvanında yerləşən Vergi ödəyicilərinə Xidmət Mərkəzində (195 Çağrı Mərkəzi), eləcə də Bakı və Sumqayıt şəhərlərində yerləşən və aşağıdakı siyahıda qeyd edilmiş ünvanlarda fəaliyyət göstərən “Nar Dünyası” satış mərkəzlərində əldə etmək və “Asan İmza” xidmətini aktivləşdirmək mümkündür.

1. Bakı ş., Bül-Bül prospekti 24

2. Bakı ş., Hüseyn Cavid prospekti, 558 məhəllə, mənzil 40

3. Bakı ş., Qara Qarayev prospekti 74 (Neftçilər m.st-nın yanında)

4. Bakı ş., Tərlan Əliyarbəyov küçəsi 9 (Fəvvarələr Meydanı)

5. Bakı ş., Təbriz küçəsi 95 (N.Nərimanov m.st-nın kinoteatra olan çıxışı)

6. Bakı ş., Məhəmməd Hadi küçəsi 23/24 (Əhmədli m.st-nın çıxışı)

7. Sumqayıt ş., 2-ci mkr., Sülh küçəsi (34-cü kvartalla üzbəüz)

8. Sumqayıt ş., 1-ci mkr., ev 7/5 qarşısı, Sülh küçəsi (Sumqayıt Maarif şöbəsinin yanı)