13.11.2014

Asan İmza Bank of Bakunun İnternet portalına inteqrasiya edilmişdir

Müştəri məmnuniyyətini prioritet hesab edən “Bank of Baku” internet bankçılıq xidmətini təkmilləşdirərək ona yeni funksiyalar əlavə edib.

Hazırda internet bankçılıq xidməti sayəsində bank müştəriləri evdən çıxmadan 24 saat ərzində rahat şəkildə cari hesablar, əmanət, plastik kartların balansı, kreditlər və digər xidmətlər barədə ətraflı məlumat əldə edirlər.

Aparılan texnoloji işlər nəticəsində internet bankçılığa üç mühüm, yeni funksiya əlavə edilib:

· Avtomatlaşdırılmış kommunal və kredit ödəniş xidməti
· “Asan İmza” ilə daxil olma
· Əmanətin artırılması funksiyası

Mənbə