24.12.2013

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür!

2003-cü ildən Azərbaycan Respublikasına başçılıq edən cənab İlham Əliyev bütün gücünü, təcrübəsini, biliyini Azərbaycanın tərəqqisinə, rifahına və doğma vətənimizin beynəlxalq miqyasda layiqincə təmsil olunmasına səfərbər etmişdir.

Bu gün Prezidentimizin ad günüdür. Bu münasibətlə cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, səmərəli və məsuliyyətli dövlət fəaliyyətində uğurlar arzulayırıq.

Ad gününüz mübarək cənab Prezident!