19.12.2013

ASAN Könüllüləri Gənclər Təşkilatının üzvlərinə Asan İmza hədiyyə sertifikatları təqdim edildi

19 dekabr 2013-cü ildə Bakı Biznes Mərkəzində ASAN Könüllüləri Gənclər Təşkilatının I Qurultayı keçirildi. Qurultay çərçivəsində iştirakçılara Asan İmza (Mobil İmza) həlli təqdim edildi. Eyni zamanda gənclər təşkilatının üzvlərinə “Asan İmza” sertifikatları hədiyyə olundu.