Asan İmza – Azərbaycan Milli İnternet Mükafatı “NETTY 2013” müsabiqəsinin iştirakçısı
Azərbaycanın perspektivli veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, NETTY- Milli İnternet Mükafatı 2013-cü ildə özünün 8-ci tədbirini keçirəcəkdir. Qeyd edək ki, Asan İmza layihəsi 3 nominasiya üzrə namizədliyini təqdim etmişdir.
“Servis-sayt” nominasiyasında – “Asan İmza” veb-saytı
“İlin İT layihəsi” nominasiyasında – Asan İmza (Mobil imza)
“Mobil proqramlar” nominasiyasında – iOS üçün AsanDoc proqram təminatı
Biz NETTY-2013 Azərbaycan Milli İnternet Mükafatının bütün iştirakçılarına uğurlar və nailiyyətlər diləyirik!