Yeni iliniz və Həmrəylik gününüz mübarək!
B.EST Solutions şirkəti Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2019-cu təqvim ilinin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir.
Əlavə məlumatİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi “Asan İmza” mobil elektron imza layihəsini ən innovativ nümunə kimi qəbul etmişdir
“Azərbaycan Respublikasının “Asan İmza” adlanan və mobil identitet texnologiyası əsasında yaradılan milli rəqəmsal identiteti və gücləndirilmiş elektron imzası” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi (DSİTM) tərəfindən ən innovativ nümunə kimi qəbul edilərək həmin Mərkəzin veb-saytında çap olunmuşdur.
Əlavə məlumat9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür
Bu gün xalqımız Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd edir.
Əlavə məlumatAzərbaycanda dünyada ilk dəfə olaraq m-Rezidentlik təqdim edildi
24 oktyabr 2018-ci il tarixində Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə birgə təşkil etdikləri “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı”nın ikinci beynəlxalq konfransının “e&m-Rezidentlik” Proqramının açılış mərasimi baş tutdu.
Əlavə məlumat18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür!
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Hələ 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Sənəddə müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.
Əlavə məlumatAzərbaycanın “Аsan İmza” və Rəqəmsal Ticarət Qovşağı Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilmişdir
23 sentyabr tarixində AZİNNEX konsorsiumu çərçivəsində Uqanda Respublikasının İctimai İnkişaf naziri cənab Uilson Muruli Mukasa başda olmaqla nümayəndə heyəti yüksək səviyyədə qarşılanaraq Azərbaycanın “Asan İmza” mobil elektron imza və Rəqəmsal Ticarət Qovşağı ilə tanış olmuş,
Əlavə məlumatAzərbaycanın “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı Estoniyanın eID Forumunda təmsil olunmuşdur
19-20 sentyabr 2018-ci ildə Tallin (Estoniya) şəhərində beynəlxalq eID Forumu keçirilmişdir.
Əlavə məlumatAparıcı eston qəzeti “Postimees”: “Prezidentin Fərmanına əsasən “Asan İmza” dünyada ilk mobil rezidentlik layihəsi oldu”
Azərbaycan – Rəqəmsal Azərbaycanda biznesin aparılması məqsədilə digər ölkələrin vətəndaşları üçün rəqəmsal mobil və elektron identiteti təqdim edən elektron və mobil rezidentlik layihəsini tətbiq etdi.
Əlavə məlumatQurban bayramınız mübarək olsun!
B.EST Solutions şirkətinin rəhbərliyi və bütün kollektivi Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir.
Əlavə məlumat26 iyun Silahlı Qüvvələr günüdür!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Əlavə məlumat