“Expressbank” biznes müştəriləri üçün tətbiq istifadəyə verdi

“Expressbank” biznes müştərilərinə daha çevik və müasir bankçılıq təcrübəsi təqdim etmək üçün yeni “Express Business” mobil tətbiqini istifadəyə verdiyini elan edir.


Bu tətbiq vasitəsilə sahibkarlar və şirkət nümayəndələri artıq ofisdən çıxmadan və ya hər hansı banka getmədən öz maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə idarə edə biləcəklər.


Yeni tətbiq nələri təklif edir?
“Express Business” tətbiqi vasitəsilə müştərilər aşağıdakı imkanlardan yararlana biləcəklər:
· “Asan İmza” gücləndirilmiş mobil elektron imza ilə təhlükəsiz giriş;
· Birdən çox şirkəti olan müştərilər üçün hesablar arasında sürətli keçid;
· Maliyyə vəziyyətinin istənilən an izlənməsi;
· Bankdaxili, hesablararası və ölkədaxili köçürmələrin icrası;
· Ödəniş və köçürmələrə tam nəzarət;
· Sənədlərin mobil cihaz və ya veb üzərindən imzalanması imkanı;
· Kart və hesab məlumatlarına baxış, çıxarışların əldə edilməsi, kartların bloklanması və ya blokdan çıxarılması funksiyaları.


“Expressbank” tərəfindən bildirilir ki, bu yenilik biznes sahiblərinə vaxta qənaət, əməliyyatlara nəzarət və daha çevik icra imkanı verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır və istifadəsi tamamilə ödənişsizdir.


İstinad linki: https://qafqazinfo.az/news/detail/expressbank-biznes-musterileri-ucun-tetbiq-istifadeye-verdi-471310