12.06.2019

ABŞ-ın Standartlar və Texnologiyalar üzrə Milli İnstitutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti

“Asan İmza” mobil elektron imzanın operatoru olan B.EST Solutions şirkəti SIM kart üzərində elektron rəqəmsal imzanın həllini təklif edən və eyni zamanda standartlaşdırma üzrə qabaqcıl Amerika institutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti

Əlavə məlumat
05.06.2019

Ramazan bayramınız mübarək!

Nəhayət ki, bütün müsəlman dünyasının həyəcan və həsrətlə gözlədiyi Ramazan bayramı gəldi. Bayramlar insanlar arasındakı qarşılıqlı sevgi və hörmətin möhkəmləndiyi günlərdir.

Əlavə məlumat
28.05.2019

28 May Respublika günüdür!

Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 101 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.

Əlavə məlumat
09.05.2019

9 May – Qələbə günüdür!

XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.

Əlavə məlumat
02.04.2019

Azərbaycan innovasiyası – Asan imza ABŞ-da keçirilən KNOW 2019 Identity konfransında böyük marağa səbəb oldu

KNOW Identity Conference Ariada, Las-Veqas, ABŞ-da 2019-cu ilin 24-27 mart tarixlərində keçirilmişdir. Sənaye təqvimində ən əhəmiyyətli hadisə olan KNOW 2019 Veqas, 400-dən çox şirkət və 1500 ziyarətçini əhatə etmişdir.

Əlavə məlumat
31.03.2019

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Mart ayının son günləri Bakıda baş vermiş faciənin 101-ci ildönümüdür. 1918-ci il martın 30-u ilə 3 aprel arasında erməni millətçiləri bolşeviklərlə birlikdə qadınlar və uşaqlar da daxil Bakıda və onun ətrafında müsəlman-azərbaycanlı əhalisni qətliam ediblər.

Əlavə məlumat
19.03.2019

Novruz bayramınız mübarək!

Əlavə məlumat
26.02.2019

Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönü qeyd edilir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalını işğal edərək azərbaycanlılara qarşı soyqırımı törətdi.

Əlavə məlumat
14.02.2019

ABŞ-da fəaliyyət göstərən World Identity (OWI) iki il ardıcıl olaraq xanım Jana Krimpeni 2019-cu ilin 100 ən nüfuzlu şəxsləri siyahısına daxil etmişdir

One World Identity (OWI), Şimali Amerika və Böyük Britaniyada rəqəmsal ticarət və infrastruktura yönəldilən identifikasiya sahəsində proqramlarla məşğul olan ən nüfuzlu və müstəqil tədqiqat və strateji təşkilatlardan biridir. Əsas missiya müəssisələr, investorlar və hökumətlərə identifikasiya üzrə möhkəm, gələcəyə yönəldilmiş məhsul və strategiyaların yaradılması üçün bazar tendensiyalarını qabaqlamaqda kömək etməkdən ibarətdir. Bu, identifikasiya sahəsində fəaliyyət göstərən ən nüfuzlu və dünya şöhrətli təşkilatlardan biridir.

Əlavə məlumat
20.01.2019

20 yanvar

20 yanvar 1990-cı il – Azərbaycan tarixinin ən faciəli günlərindən biridir.

Əlavə məlumat