- Asan İmza (Mobile ID) (24)
- AsanDoc xidməti (4)
- İstifadəçinin təlimat ... (3)
- Sertifikatlar (3)
- Ümumi məsələlər (1)
AsanDoc xidməti necə işləyir?
AsanDoc veb-xidmətində SOAP JSON-RPC 2.0 protokolundan istifadə olunur. Bu xidmətdən bilavasitə AsanDoc Xidmət protokoluna riayət etməklə və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən yaradılmış proqram nümunəsindən faydalanmaqla istifadə etmək olar.
Əlavə məlumatİmzalama xidməti
Rəqəmsal imzalama ideyası onilliklər ərzində tətbiq olunmaqdadır. Üstünlükləri bəllidir – qloballaşan dünyada işgüzar fəaliyyət həcmi beynəlxalq səviyyədə sürətlə artmaqdadır.
Əlavə məlumatİmzalama sertifikatlarının əldə edilməsi xidməti
SIM-kartlarda verilən rəqəmsal imzalar iki sertifikat üçün şəxsi açarlara malik olur – bir sertifikat etibarlılığın təsdiqlənməsi və digər sertifikat rəqəmsal imzalama üçün. Sənədi rəqəmsal imzalamaq üçün imzalayan şəxs etibarlı imzalama sertifikatına malik olmalıdır, belə ki, imza yalnız onun verilməsi üçün istifadə olunan sertifikat qüvvədə olana kimi etibarlı sayılır. Bu səbəbdən, elektron sənədin və ya sənədlər qutusunun rəqəmsal imzalana bilməsindən öncə, sertifikasiya agentliyinə imzalama sertifikatının etibarlılığını təsdiqləmək üçün tələb göndərilir. Cavab müsbət olduqda, daha doğrusu, xüsusi müəyyən edilmiş bir sıra tələblərə cavab verdiyi halda, imzalayan şəxs imzalama prosesinə başlaya bilər.
Əlavə məlumat
İdentifikasiya xidməti
E-ticarət, məhsulların və xidmətlərin onlayn alışı və satışı son onillik ərzində sürətlə inkişaf etmişdir.
Əlavə məlumat