Əlavə məlumat
Əlavə məlumat
Sual: Asan İmza kartı əldə etmişəm. İstifadəçi ID-mi necə dəyişə bilərəm?
Əlavə məlumat
Sual: Asan İmzadan istifadə zamanı mobil telefonumun ekranında “Səhv 0035” xətası çıxdıqda nə etməliyəm?
Əlavə məlumat
Sual: Asan İmzanın istifadə edildiyi saytlardan qeydiyyatdan keçdiyim zaman “İstifadəçi ID”si tələb olunur. Bu ID-ni necə əldə etmək mümkündür?
Cavab: Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir.
Əlavə məlumat
Sual: Mən Asan İmza əldə etmişəm, lakin bu imza ilə https://www.e-gov.az/ portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən yararlanaraq bildirişlərin qeydiyyatını həyata keçirə bilmirəm. Sistemə daxil olub həmin elektron xidməti seçdikdə ekranda aşağıdakı ismarıc əks olunur:
Daxil olduğunuz imza ilə xidmətdən istifadə etmək üçün ya imzanızda “Möhür Vurma Səlahiyyəti” olmalı, ya da səlahiyyəti olan başqa şəxs bu imzaya icazə verməlidir
Cavab: Əgər Siz “Dövlət” və ya “biznes” sertifikatlarını əldə etmisinizsə, bu zaman aid olduğunuz qurumun rəhbər şəxsi https://www.e-gov.az/ portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə daxil olaraq Sizə səlahiyyət verməlidir.
Əlavə məlumat
PUK kod bloka düşdüyü zaman Siz yenidən mobil operatorunuza müraciət edərək nömrənizin dublikatını çıxarmalı, daha sonra ASXM-ə müraciət edərək sertifikat əldə etməlisiniz.
Əlavə məlumat
1. GİRİŞ
1 iyul 2014-cü il tarixindən etibarən “Elektron hökumət” (www.e-gov.az) portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, həmçinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətləri yerləşdirilmişdir. Artıq “Asan İmza” – mobil elektron imza vasitəsilə təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.
Səlahiyyətli nümayəndəni təyin edəcək rəhbər şəxslər və bildirişlər haqqında məlumatların Asan İmza vasitəsi ilə “Elektron hökumət” (www.e-gov.az) portalına daxil edilməsini həyata keçirən səlahiyyətli nümayəndələr üçün nəzərdə tutulan bu təlimatda, həmin prosesin mərhələləri əyani şəkildə ətraflı izah edilmişdir.
2. “Asan İmza” vasitəsilə Rəhbər şəxs tərəfindən Əmək müqaviləsi bildirişlərinin qeydiyyatını həyata keçirəcək səlahiyyətli şəxsin təyin edilməsi prosesi
Bu bölmədə şirkətin rəhbəri tərəfindən “Asan İmza” vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması prosesini həyata keçirəcək işçiyə bu səlahiyyətin verilməsi prosesi mərhələlərlə izah edilir.
2.1. Şirkətin rəhbəri “Elektron Hökumət” (www.e-gov.az) portalına daxil olur (şək.1).

2.2. İstifadəçi girişini “Asan İmza” vasitəsilə həyata keçirir (şək.2)

2.3. “Asan İmza” ilə giriş zamanı “Mobil nömrə” və “İstifadəçi ID-si” daxil edilir (şək.3)

2.4. Sistem tərəfindən mobil telefona gələn “təhlükəsizlik kodu” ilə Portaldakı kod müqayisə edilir, uyğun gəldikdə “Asan İmza PİN1” ilə təsdiq edilir (Şək.4).

2.5. Portalın yuxarı hissəsində mövcud şirkətin nümayəndə rolu seçilir (Şək.5).

2.6. Növbəti addımda Portaldan “E-xidmətlər” (Şək.6), daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidməti seçilir (Şək.7).


2.7. Açılan pəncərədə “Əmək müqaviləsini bağlamaq səlahiyyəti olan şəxslər” pəncərəsində rəhbər şəxs ilk olaraq özünə səlahiyyət verməlidir (Şək.8). Bu səlahiyyəti əldə edən rəhbər şəxs lazım olduqda bildirişlərin daxil edilməsini özü həyata keçirə bilər. Əks halda növbəti addım yerinə yetirilməlidir.

2.8. Növbəti addımda “Əmək müqaviləsi bildirişlərinin daxil edilməsi üçün səlahiyyətlərin verilməsi” bölməsini qeyd edir (Şək.9).
QEYD: Prosesi icra edəcək səlahiyyətli nümayəndə dəyişmədikcə rəhbər şəxs bu prosesi bir dəfə həyata keçirir.

2.9. Açılan pəncərədə qeydiyyatdan keçiriləcək səlahiyyətli nümayəndənin məlumatları, həmçinin etibarnamənin müddətli və ya müddətsiz olduğu qeyd edilir (Şək.10).

3. Səlahiyyətli tərəfindən “Asan İmza” vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması prosesi
3.1. Bu bölmədə “Asan İmza” vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını həyata keçirmək üçün şirkətin rəhbəri tərəfindən təyin olunan səlahiyyətli nümayəndənin iş prosesi mərhələlərlə izah edilir.
3.2. İlk olaraq səlahiyyətli nümayəndə yuxarıda qeyd olunan proseslərə uyğun olaraq Asan İmza vasitəsi ilə Portala daxil olur, mövcud şirkətin nümayəndə rolunu qeyd edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətini seçir. Bundan sonra növbəti mərhələdə səlahiyyətli nümayəndə əməkdaşların Əmək müqaviləsi bildirişləri haqqında məlumatları daxil etmək üçün “Əmək müqaviləsinin bağlanılması ilə bağlı Əmək Müqaviləsi Bildirişinin daxil edilməsi” bölməsini seçir (Şək.11).

3.3. Açılan pəncərədə səlahiyyətli şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tətbiq etdiyi qaydalara əsasən əməkdaşların məlumatlarını daxil edərək Bildirişləri imzalayır.
3.4. Səlahiyyətli nümayəndə əvvəlki prosesdə daxil olunmuş məlumatları yoxlamaq və imzalanmamış bildirişləri Asan İmza vasitəsilə imzalamaq üçün “Əmək Müqaviləsi Bildirişinin reyestri” bölməsinə daxil olur (Şək.12).

3.5. Açılan pəncərədə imzalanacaq bildirişi seçərək “Bildirişi imzala” düyməsini qeyd edir (Şək.13).

3.6. Bu zaman imzalamaq üçün sistemin səlahiyyətlinin mobil telefonuna göndərdiyi “təhlükəsizlik kodu” ilə Portaldakı kod müqayisə edilir, uyğun gəldikdə “Asan İmza PİN2” ilə təsdiq edilir (Şək.14).

3.7. Təsdiqləndikdən sonra sistem Bildirişin müvəffəqiyyətlə imzalanması haqqında məlumat verir (Şək.15).

3.8. Bildiriş imzalandıqdan sonra imzalama statusu dəyişilir və imzalama tarixi ilə birlikdə reyestrdə əks olunur (Şək.16).

3.9. Səlahiyyətli nümayəndə lazım olduqda imzalanan faylı ADoc, PDF formatlarında yükləmək və çap etmək imkanına da malik olur (Şək. 17, 18).


Əlavə məlumat
Məlum olduğu kimi Asan İmza (Mobil imza) elektron mühitdə fiziki ID karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM kartınızdır. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə imzalaya bilərsiniz.
Əlavə məlumat
Asan İmza (Mobile imza) xidməti köhnə mobil telefonlarda o cümlədən qwerty klaviatura tipli mobil telefonlarda çalışmaya bilər, məsələn:
Əlavə məlumat