Asan İmza – “NETTY 2013” Milli İnternet Mükafatının qalibi
Hər il olduğu kimi bu il də bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində Azərbaycanda birinci peşəkar mükafat sayılan “NETTY Milli İnternet Mükafatı”nın qalibləri müəyyən oldu.
Əlavə məlumat15 iyun – Azərbaycan xalqının Milli qurtuluş günü!
15 iyun 1993-cü il Azərbaycanın şanlı tarix səhifəsinə “Milli qurtuluş günü” kimi daxil olub. Bu tarix onu dəyərləndirən hər bir azərbaycanlı üçün unudulmaz gündür. Bu gün xalqını hər zaman düşünən, ona daim güvənən, millətinin adını, bayrağını həmişə ucaldan, zirvələrə qaldıran Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Biz də bütün xalqımızı “Milli qurtuluş günü” münasibətilə təbrik edir və söyləyirik: “Azərbaycan xalqının müstəqilliyi əbədidir!”
Asan İmza – Azərbaycan Milli İnternet Mükafatı “NETTY 2013” müsabiqəsinin iştirakçısı
Azərbaycanın perspektivli veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, NETTY- Milli İnternet Mükafatı 2013-cü ildə özünün 8-ci tədbirini keçirəcəkdir. Qeyd edək ki, Asan İmza layihəsi 3 nominasiya üzrə namizədliyini təqdim etmişdir.
Əlavə məlumatAzərbaycan mobil elektron imza sahəsində beynəlxalq miqyasda təmsil olunur
Azərbaycanda mobil elektron imza sahəsində inkişaf və yeniliklər davam etməkdədir. Artıq bu istiqamətdə əldə olunan nailiyyətlər və təcrübə beynəlxalq səviyyədə təmsil olunur. Belə ki, 2013-cü il 14-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “The Identity Conference 2013” adlı konfransda Azərbaycanın Asan İmza Mobil ID həllər modeli təqdim edilmişdir. Konfransda Fransa, Belçika, Marokko, Hindistan və digər ölkələrin böyük şirkət və təşkilatlarının nümayəndələri iştirak edirdi.
Əlavə məlumat“Asan İmza — mobil hökumətin açarıdır” konfransından foto və video görüntülər
“Asan İmza — mobil hökumətin açarıdır” konfransından foto və video görüntülər
Əlavə məlumatVergilər Naziri: Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçid başlayır
Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçid başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı vergilər naziri Fazil Məmmədov “Asan imza – mobil hökumətə açar” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı bildirib.
Əlavə məlumatAsan İmza loqosu haqqında
Asan Imza loqotipi gələcəyə yönələn innovativ düşüncələri Azərbaycanın milli adət-ənənə və sarsılmaz dəyərləri ilə vizual şəkildə birləşdirir. Müasir həyatın ayrılmaz hissəsi olan SİM-kartda təsvir olunan Buta nişanı milli mədəniyyətimizin nəsildən nəslə ötürülən özünəməxsus zənginliyini əks etdirməklə yanaşı, həm də barmaq izi şəklində təqdim edilir ki, bu da öz növbəsində hər bir insanın fərqliliyinə və özünəməxsusluğuna işarə edir. Beləliklə, bir simvolda həm bütöv bir millətin, həm də ayrılıqda hər bir şəxsin unikallığı öz əksini tapır.
Əlavə məlumatAzərbaycanda «Mobil vergi xidmətləri»nin tətbiqinə başlanılır
Yaxın vaxtlarda Azərbaycan Vergilər Nazirliyi ölkədə ilk dəfə olaraq «Mobil vergi xidmətləri»nin tətbiqinə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov bildirib.
Əlavə məlumatNazirlər Kabinetinin iclasında İlham Əliyevin yekun nitqi
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi
Əlavə məlumat