“Asan İmza”nın əldə edilməsi qaydaları

“ASAN İMZA” SERTİFİKATLARININ ONLAYN UZADILMASI
Şəxsi ➔ Şəxsi
>Mənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır.
Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm.
1.1 “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalına daxil olaraq, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
1.2 Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
1.3 “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra
– Azercell abunəçiləri
“Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözünü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu link vasitəsilə tanış ola bilərsiniz).

* Qeyd:
• “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirlməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür;
• “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır.

– Bakcell, Azerfon abunəçiləri
“Asan İmza” SİM kartının dublikatının əldə edilməsi və xidmətin müddətinin növbəti 3 ilə uzadılması üçün fiziki olaraq Müştəri Xidmətləri Mərkəzinə müraciət edin (aşağıdakı linklər vasitəsilə “Asan İmza” xidmətinin aktivləşdirilməsi mümkün olan bütün Müştəri Xidmətləri Mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz).
Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
1.4 Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
1.5 ASXM avtomatik olaraq, sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir.


* Qeyd:
“Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır! Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

Şəxsi + İş ➔ Şəxsi + İş
Şəxsi + Dövlət ➔ Şəxsi + Dövlət
>Mənim “Şəxsi” + “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” + “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmaq istəyirəm.
2.1 “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalına daxil olaraq, “Şəxsi” və “İş/Dövlət” tipli “Asan İmza” sertifikatlarının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
2.2 Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
2.3 “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra

– Azercell abunəçiləri

“İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu link vasitəsilə tanış ola bilərsiniz).

* Qeyd:
• “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür;
• “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər.
• “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər.

– Bakcell, Nar abunəçiləri
“Asan İmza” SİM kartının dublikatının əldə edilməsi və xidmətin müddətinin növbəti 3 ilə uzadılması üçün fiziki olaraq Müştəri Xidmətləri Mərkəzinə müraciət edin (aşağıdakı linklər vasitəsilə “Asan İmza” xidmətinin aktivləşdirilməsi mümkün olan bütün Müştəri Xidmətləri Mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz).
Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
2.4 Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
2.5 ASXM avtomatik olaraq, sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir.

* Qeyd:
“Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

Şəxsi ➔ Şəxsi + İş
Şəxsi ➔ Şəxsi + Dövlət
>Mənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır.
Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyir, həmçinin əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.
3.1 “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalına daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz.
3.2 Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
3.3 “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra
– Azercell abunəçiləri
“İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu link vasitəsilə tanış ola bilərsiniz)

* Qeyd:
• “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür;
• “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər.
• “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər.

– Bakcell, Nar abunəçiləri
“Asan İmza” SİM kartının dublikatının əldə edilməsi və xidmətin müddətinin növbəti 3 ilə uzadılması üçün fiziki olaraq Müştəri Xidmətləri Mərkəzinə müraciət edin (aşağıdakı linklər vasitəsilə “Asan İmza” xidmətinin aktivləşdirilməsi mümkün olan bütün Müştəri Xidmətləri Mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz).

Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı

Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı

3.4 Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
3.5 ASXM avtomatik olaraq, sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir.

* Qeyd:
“Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

3.6 Əlavə olaraq, “İş”/”Dövlət” tipli “Asan İmza” sertifikatların əldə edilməsi üçün e-taxes.gov.az Portalına daxil olub, onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).

Şəxsi + İş ➔ Şəxsi
Şəxsi + Dövlət ➔ Şəxsi
>Mənim “Şəxsi”, “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır.
Mən “Asan İmza” xidmətini və yalnız “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm. “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmayacağam.
4.1 “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalına daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu linkvasitəsilə əldə edə bilərsiniz).
4.2 Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
4.3 “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra
– Azercell abunəçiləri
“Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu link vasitəsilə tanış ola bilərsiniz).

* Qeyd:
• “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirlməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür;
• “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır.

– Bakcell, Nar abunəçiləri
“Asan İmza” SİM kartının dublikatının əldə edilməsi və xidmətin müddətinin növbəti 3 ilə uzadılması üçün fiziki olaraq Müştəri Xidmətləri Mərkəzinə müraciət edin (aşağıdakı linklər vasitəsilə “Asan İmza” xidmətinin aktivləşdirilməsi mümkün olan bütün Müştəri Xidmətləri Mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz).
Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
4.4 Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
4.5 ASXM avtomatik olaraq, sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir.

* Qeyd:
“Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

GECİKDİM
>Mən sertifikatın müddətinin bitməsinə 30 gün qalmış onu onlayn uzada bilmədim. Nə etməliyəm?
5.1 Azercell abunəçilər
“Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə SMS göndərin:
“Vətəndaş” tipli xidmətin uzadılması üçün: ferdi
“Biznes” tipli xidmətin uzadılması üçün: biznes
“Dövlət” tipli xidmətin uzadılması üçün: dovlet
(SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu link vasitəsilə tanış ola bilərsiniz).
– Bakcell, Nar abunəçiləri
“Asan İmza” SİM kartının dublikatının əldə edilməsi və xidmətin müddətinin növbəti 3 ilə uzadılması üçün fiziki olaraq Müştəri Xidmətləri Mərkəzinə müraciət edin (aşağıdakı linklər vasitəsilə “Asan İmza” xidmətinin aktivləşdirilməsi mümkün olan bütün Müştəri Xidmətləri Mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz).
Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
5.2 Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır.
5.3 “Asan İmza” sertifikatlarını əldə etmək üçün onlayn növbəyə yazılın (onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edin: https://www.e-taxes.gov.az/ebyn/novbe/).
5.4 Təyin olunan vaxtda seçdiyiniz mərkəzə müraciət edin və tələb olunan bütün sənədləri təqdim edin.
5.5 Ərizəni dolduraraq imzalayın, Asan İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə və “Asan İmza” mobil elektron imza sertifikatlarını imzalayın.
5.6 ASXM operatoru sertifikatları aktivləşdirir, İstifadəçi Sertifikatın aktivləşdirilməsi haqqında bildirişi imzalayır.

“İŞ”/ VƏ YA “DÖVLƏT” TİPLİ “ASAN İMZA” SERTİFİKATLARININ ONLAYN ƏLDƏ EDİLMƏSİ
Şəxsi ➔ + İş
Şəxsi ➔ + Dövlət
> Mənim qüvvədə olan “Şəxsi” tipli “Asan İmza” sertifikatım vardır. Əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.
6.1 e-taxes.gov.az Portalına daxil olaraq, “İş”/ “Dövlət” tipli “Asan İmza” sertifikatının əldə olunması üçün onlayn ərizəni dolduraraq imzalayın (proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
6.2 Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
6.3 ASXM operatoru təqdim olunan məlumatları yoxlayır. Təqdim olunan məlumatlar düzgün olduqda ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir. Məlumatlar düzgün olmadıqda istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə bildiriş göndərilir.

“ASAN İMZA”NIN ƏLDƏ EDİLMƏSİ ÜÇÜN İLKİN MÜRACİƏT
>Mənim heç vaxt “Asan İmza” sertifikatım olmamışdır. Mən “Asan İmza” xidmətini aktivləşdirmək və sertifikatı (sertifikatları) əldə etmək istəyirəm.
7.1 “Asan İmza” (Mobile ID) SİM kartı üçün mobil operatora (Azercell, Bakcell, Nar) müraciət edin.
Azercell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
7.2 Müvafiq Ərizə formasını doldurun.
7.3 “Asan İmza” xidmətinə qoşulma/imtina formasını imzalayın.
7.4 Mobil operator “Asan İmza” SİM kartını Sizə təqdim edəcək və “Asan İmza” xidmətini aktivləşdirəcəkdir.
7.5 “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün onlayn növbəyə yazılın (onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edin: https://www.e-taxes.gov.az/ebyn/novbe/).
7.6 Təyin olunan vaxtda seçdiyiniz mərkəzə müraciət edin və tələb olunan bütün sənədləri təqdim edin.
7.7 Ərizəni dolduraraq imzalayın, həmçinin ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə və “Asan İmza” mobil elektron imza sertifikatlarını imzalayın.
7.8 ASXM operatoru sertifikatları aktivləşdirir, İstifadəçi Sertifikatın aktivləşdirilməsi haqqında bildirişi imzalayır.