Asan İmza-nın əldə edilməsi (addım-addım)

Asan İmza-dan (Mobil imza) istifadə etməyə başlamaq istəyirsinizsə, siz aşağıdakıları yerinə yetirməlisiniz:

1 Mobil operatorunuza müraciət edin (Azercell və ya Bakcell və ya Nar) və Asan İmza (Mobil ID) SIM-kartı üçün müraciət edin.

Azercell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.

Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.

Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.

2 Nəzərə alın ki, tələblərə uyğun olaraq siz şəxsiyyətinizi təsdiqləmək üçün şəxsiyyətinizi təsdiqləyən sənəd təqdim etməlisiniz.  
3 Asan İmza (Mobil imza) SIM kart və xidmətləri üçün abunəçilik formasını imzalayın.
4 Abunəçilik formasını imzaladıqdan sonra mobil operatorunuz sizə mobil telefona daxil etməli olduğunuz yeni PKI SIM kart təqdim edir.
5 Xidməti aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edin. Nəzərə alın ki, siz özünüzlə şəxsiyyətinizi təsdiqləyən sənəd gətirməlisiniz (FIN nömrəsini daxil edən). Sonra siz müvafiq formanı doldurmaqla və imzalamaqla Asan İmza-nın (Mobil imza) aktivləşdirilməsi üçün müraciət edə bilərsiniz. Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) qeydiyyat ərizənizi təsdiqləyəcək və sizə aid məlumatı sistemə daxil edəcək.ASXM-in Asan İmzanın aktivləşdirilməsini həyata keçirən Vergilər Nazirliyinin Xidmət mərkəzlərinin siyahısı.
6 Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) qeydiyyat operatoru sizə Asan İmza-nın (Mobil imza) şərtlərini izah edəcək və qəbul sertifikat formasını çap edəcək. Bu qəbul sertifikatı formasını imzalamaqla, siz Asan İmza (Mobil imza) xidmətinin şərtlərini qəbul edir və müraciət etdiyiniz sertifikatları aldığınızı təsdiqləyirsiniz. Bununla sertifikatlar aktivləşdirilir və siz Asan İmza (Mobil imza) xidmətlərindən istifadə etməyə hazırsınız (şəxsiyyəti təsdiqləmə və imzalama).
Step 7 Bütün yuxarıdakı addımları bir yerdə yerinə yetirmək istəyirsinizsə, zəhmət olmasa, ASAN Xidmət Mərkəzlərinə müraciət edin.

Yadda saxlayın!

  • Sizin mobil telefonunuzun nömrəsi və digər əlaqədar xidmətlərin istifadəsi dəyişmir. Asan İmza-dan (Mobil imza) istifadə edən zaman mobil telefonunuzun yanınızda qoşulu və düymə lövhəsi aktiv vəziyyətdə olmasını təmin etməyi xahiş edirik.
  • Asan İmza (Mobil imza) elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
  • Xahiş edirik, nəzərə alasınız ki, biznes sertifikatı üçün müraciət edərkən, imza hüququna malik səlahiyyətli şəxs kimi statusunuzu təsdiqləyən sənədləri özünüzlə gətirməlisiniz.

Siyahıya qayıt