AsanDoc nədir?

Pasportların və sertifikatlardan ibarət olan rəqəmsal şəxsiyyət vəsiqələri kimi ənənəvi identifikasiya sənədlərinin müvafiq CA-da (Sertifikat Mərkəzində) və şəxsi açarların smart kartda (Rəqəmsal İD kart) və ya mobil telefonda SIM kartda (Asan İmza və ya Mobil İmza) saxlanması arasındakı əsas fərqlərdən biri, sonuncunun imzaları vermək funksiyasına malik olmasıdır. Bu, sənədləri vərəqdə çap etmədən və ya nüsxəsini göndərmədən, onların elektron versiyasını imzalamaq imkanına malik olaraq, vaxta və pula qənaət etməklə yanaşı, həm də təhlükəsizdir. Belə ki, bu zaman həm imzalayan şəxsin kimliyinin tanınmasına, həm də imzanın doğruluğuna müvafiq sertifikatlarla zəmanət verilir. Lakin imzalama anında qüvvədə olan sertifikatda verilmiş imzanın özü etibarlı sayılır və bu səbəbdən, hər hansı sertifikatın real vaxtda etibarlılığını yoxlayıb təsdiqləmək üçün müvafiq xidmət mövcuddur. Rəqəmsal imzalardan internet banklarda ödənişlərin təsdiqlənməsi, dövlət müəssisələrinin və özəl müəssisələrin xidmətlərindən onlayn vasitəsilə istifadə olunması, biznes tərəfdaşları ilə müqavilələrin bağlanması və s., əsasən, ənənəvi şəkildə imzaladığınız hər şey (məsələn niyyət protokolu) üçün istifadə oluna bilər.

AsanDoc, əsasən rəqəmsal imzanı təmin etməklə daxil etdiyiniz razılaşmanızdan ibarət olan sənəd və rəqəmsal imzanın özünə aid informasiya toplusudur. Siz rəqəmsal imzanı istənilən formatda olan sənədə, eləcə də sənədlər qutusuna əlavə edə bilərsiniz.

Rəqəmsal imzanı sənədə və ya sənədlər qutusuna daxil etməklə AsanDoc faylı yaradılır ki, bununla, artıq həmin imza o faylın ayrılmaz hissəsini təşkil edir. İmzaladıqdan sonra sənəd(lər)ə heç bir dəyişikliklər edilə bilmədiyindən, rəqəmsal imza onun məzmununun bütövlüyünü təsdiqləyir. Rəqəmsal imza imzalayan şəxs, istifadə olunmuş imzalama sertifikatının etibarlılığı, imzalanma tarixi və imzalayanın icazəsi və yerləşdiyi yer haqqında və s. bu kimi əlavə informasiyanı əhatə edir. AsanDoc sonradan, imzalanmış sənəd(lər)in və ona əlavə edilmiş imzaların gözdən keçirilməsi məqsədi ilə açıla bilər. O, həmçinin, adi sənəd kimi saxlanıla, paylaşıla, elektron poçt ilə göndərilə və ya çap oluna bilər. Çap olunmuş variantda imzalara aid informasiya ayrıca vərəq şəklində çıxır.

Azərbaycanda rəqəmsal imzalar əllə edilən imzalar kimi eyni hüquqi qüvvə daşıdığından,
dövlət qulluqçuları, biznesmenlər və hüquqi şəxslərin elektron imza aləti ilə təmin edilməsi üçün təhlükəsiz və istifadəsi sadə olan platforma yaradılmalıdır. AsanDoc xidməti üçün yüklənən proqram təminatı mövcuddur. Əlavə olaraq, AsanDoc xidməti internet bank, və digər elektron xidmətləri ilə inteqrasiya edilə bilər.

AsanDoc Xidməti SOAP JSON-RPC xidmətidir ki, onun vasitəsilə identifikasiya və rəqəmsal imzalama funksiyası asanlıqla mövcud e-xidmətinə və ya proqrama qoşula bilər. Bu xidmət SOAP JSON-RPC 2.0 dəstəyi olan işlənmə platformalarına müvafiqdir.

AsanDoc proqram təminatı iPhone, iPad və müxtəlif Android qurğuları üçün açıqdır.

iPhone AsanDoc proqramı

iPhone AsanDoc proqramı

Android AsanDoc proqramı

Android AsanDoc proqramı