23.12.2016

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür!

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür. Cənab İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mütərəqqi dövlətçilik ideyalarını və prinsiplərini həyata keçirərək ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.Onun rəhbərliyi altında Azərbaycan siyasi və iqtisadi inkişafda mühüm uğurlar əldə etmiş, qabaqcıl islahatlara və müsbət dəyişikliklərə imza atmış və bu gün də bu yolda qətiyyətlə irəliləməkdədir.

Ad günü münasibətlə cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, səmərəli və məsuliyyətli dövlət fəaliyyətində uğurlar arzulayırıq!

Ad gününüz mübarək, cənab Prezident!