18.05.2018

Qubada FEMMES DIGITALES klubunun Üçüncü Regional İKT tədbiri keçirildi

12-13 may tarixlərində Qubada “Azərbaycan Qadınları İKT-də – FEMMES DIGITALES” klubu tərəfindən təşkil edilən ənənəvi regional tədbir keçirilmişdir.

Bu tədbirin məqsədi Azərbaycan xanımlarının informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsidir. Tədbir İKT-də qızlar beynəlxalq gününə təsadüf etmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi üzrə Dövlət Agentliyi “ASAN Xidmət” Mərkəzi, eləcə də Klubun təsisçiləri və Asan İmza mobil elektron imzanın Operatoru sayılan B.EST Solutions şirkəti, Eurodesign, MONT, Microsoft, MUK, Azercell, R.I.S.K şirkətlərinin təşkilati dəstəyilə həyata keçirilmişdir. Tədbirin partnyorları qismində “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi və STEP IT Akademiya çıxış etmişdir.

Tədbirdə Quba və Quba rayonundan 70-dən çox məktəbli xanım iştirak etmişdir. Tədbir zamanı innovativ start-aplar və onların reallaşdırılması mərhələlərinə xüsusi diqqət ayrılmışdır. İlk mərhələdə rəhbərlər tərəfindən təqdim olunan tədris materialları ilə tanış olmuş, qızları komandalara böldükdükdən sonra isə hər biri öz ideyalarının təqdimatını keçirmişdilər. Vaxtın böyük hissəsi tədbir iştirakçıları tərəfindən təklif olunan ideyaların reallaşdırılma imkanlarının müzakirəsinə həsr olunmuşdur.

Təqdimatların yekununa əsasən müsiflər heyəti tərəfindən gələcəkdə reallaşdırılması mümkün olacaq layihələrin qalibləri müəyyənləşdirilmişdir. Eləcə də tədbir zamanı robot texnikası üzrə məşğələlər keçirilmişdir ki, bu məşğələlərdə iştirakçılar əyani şəkildə robotların proqramlaşdırılması prosesilə tanış ola bilmişdilər. Qalib komandaya iyul ayında “Barama”nın yay düşərgəsində iştirak etmək imkanı təqdim edilmişdir. Bütün məktəbli qızlar diplomlar və xatirə hədiyyələrilə təltif olunmuşdu.

“Azərbaycan Qadınları İKT-də – FEMMES DIGITALES” klubunun təsisçisi xanım Yana Krimpe məktəbli qızlar tərəfindən təqdim edilən və reallaşdırılma imkanı olan ideyalarla ilə qürur duyduğunu qeyd etmişdir. “Azərbaycan regionlarına hər səfərim və məktəbli qızlarla görüş, Klubun bütün digər üzvləri birlikdə məni də Azərbaycanın ən ucqar yerlərində belə hər bir məktəbli qız üçün innovasiyaların əlçatan olması məqsədilə hər şey etmək üçün ilhamlandırır. Onlardan hər biri innovativ və proqressiv Azərbaycanın bu günü və sabahıdır. Onların işıq saçan gözləri və xoşbəxt üzləri onlarla yenidən və yenidən görüşmək üçün əsas motivatordur. Bizim üçün də başlıca hədiyyə onların müəllimlərinin və valideynlərinin pozitiv məktubları və rəyləridir”.

Qeyd etmək lazımdır ki, FEMMES DIGITALES Klubu tərəfindən keçirilən belə tədbirlərin əsas məqsədi İKT sahəsində qadınların payını artırmaq, Azərbaycan regionlarında yaşayan və təhsil alan xanımların gələcək karyeralarının qurulması üçün əsas sahə kimi İKT-nin populyarlaşdırılması, eləcə də potensial kadrların hazırlanmasından ibarətdir.