13.02.2018

Estoniyanın aparıcı Postimees nəşri sahibkar qadın Yana Krimpe haqqında məqalə çap etmişdir

2018-ci ilin fevral ayında B.EST Solutions şirkətinin təsisçisi və rəhbəri və Milli mobil identitetlərin qlobal ittifaqının (GANMI) sədri xanım Yana Krimpe One World Identity (OWI) versiyasına əsasən dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edilmişdir. Bu uğur bir çox xarici KİV-lər tərəfindən də diqqətdən kənarda qalmamışdır.

Belə ki, Estoniyanın nüfuzlu nəşri sayılan Postimees Yana Krimpenin Finlandiya, Yaponiya və bir sıra digər ölkələrdə istifadə olunan Estoniyanın X-Road platformasının prototipinin Azərbaycanın elektron hökumət sisteminə ixracını, ölkədə Asan İmza mobil elektron imzanın inkişafını, eləcə də bir sıra digər inqilabi texnologiyaların tətbiqindəki xidmətlərini xüsusilə yüksək qiymətləndirmişdir. Məqalədə B.EST Solutions şirkətinin rəhbərinin Azərbaycan ilə Estoniya arasında informasiya texnologiyaları sahəsində sıx əməkdaşlıq istiqamətindəki xidmətləri də qeyd edilmişdir.

Qeyd edək ki, aparıcı, müstəqil One World Identity (OWI) təşkilatı identifikasiya sahəsində metodların tədqiqatı və işlənib hazırlanması ilə məşğuldur. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən təşkilat kibertəhlükəsizlik, elektron kommersiya və risklərin idarə edilməsi kimi sahələrdə çalışır və onun əsas məqsədi davamlı innovativ identitetlər və strategiyaların işlənib hazırlanmasına dəstək göstərməkdən ibarətdir.

Bu il dünya üzrə identitet sahəsində 100 ən nüfuzlu şəxslər siyahısında (TOP 100 Influencers in Identity) bank sektoru və hökumətlərin, proqram və aparat təminatlarının işlənib hazırlanmasında lider şirkətlərin, eləcə də ən nəhəng sosial şəbəkələrin rəhbərləri və qabaqcıl nümayəndələri təqdim edilmişdir. Onların içərisində Facebook-un təsisçisi Mark Zukerberq, ABŞ-ın senatoru Ron Viden və Avropa Komissiyasının Elektron Hökumət və etibarlılıq şöbəsinin rəhbəri Andrea Servid və başqalarını qeyd etmək olar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarəti altında Elektron Hökumət üçün X-Road platformasının ixracı və bu gün 600-dən çox dövlət, eləcə də özəl sektorun elektron xidmətlərinin təqdim edilməsində şəxsiyyətin elektron identifikasiya vasitəsi kimi istifadə olunan Asan İmza milli mobil identitetin yaradılmasından əlavə Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzdində etibarlı xidmətlərin provayderinin bütün dünya standartlarına cavab verən Asan Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Bununla yanaşı Asan İmza ilə inteqrasiyası həyata keçirilmiş və analoqu olmayan 195 Çağrı Mərkəzi də fəaliyyət göstərməkdədir. Bu xidmət vətəndaşlara kompüter və maliyyə savadından və ya İnternetə çıxışının olub-olmamasından asılı olmayaraq bu xidmətlərə əlyetərliliyə imkan verir.

Yana Krimpenin rəhbərliyi ilə fəaliyyət göstərən B.EST Solutions şirkəti Təhsil, elm və mədəniyyət məsələləri üzrə İslam təşkilatı hesab edilən ISESCO üçün rəqəmsal imzanın vahid platformasının reallaşdırılmasında partnyor hesab edilir.

B.EST Solutions şirkətilə əməkdaşlıqda Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı sayəsində isə ixracın və idxalın bütün milli prosedurlarını elektron mühitə transformasiya etmək mümkün olmuşdur. Bundan əlavə Azərbaycanda Estoniyanın e-Residency layihəsinin nümunəsində xarici şirkətlər üçün biznesin aparılmasını asanlaşdıran və ölkəyə investisiyanın cəlb edilməsinə imkan verən m-Residency layihəsinə start verilmişdir.

istinad