23.08.2017

ASAN Xidmət Mərkəzlərinin könüllüləri üçün “Asan İmza” tədris kursu

B.EST Solutions şirkəti 22 avqust – 6 sentyabr 2017-ci il tarixlərindən etibarən “Asan İmza” mövzusunda ASAN Xidmət mərkəzlərinin könüllüləri üçün təlim kursları keçirəcək.

Bütün könüllülər “Made in Azerbaijan” brendi altında çıxan aparıcı dünya innovasiyasının imkanları haqqında məlumat ala biləcəklər. Təlim zamanı bütün iştirakçılar evdən çıxmadan necə asanlıqla və tez bir zamanda bizneslərini qeydiyyata almağı, ipoteka əldə etməyi və s. öyrənəcəklər. Treninq zamanı xarici vətəndaşlar, eləcə də dünyanın istənilən nöqtəsində yaşayan şəxslər tərəfindən Asan İmzanın əldə edilmə imkanları müzakirə olunan mövzulardan biri olacaq. Kursun dinləyiciləri maraqlı müsabiqənin iştirakçısı ola biləcək. Eyni zamanda onları bir sıra maraqlı informasiyalar da gözləyir. Kursu uğurla başa vuran bütün iştirakçılara xatirə sertifikatları təqdim olunacaq.