17.11.2017

17 noyabr – Milli Dirçəliş Günüdür!

1992-ci ildən etibarən Azərbaycanda 17 noyabr günü Milli Dirçəliş Günü kimi qeyd olunur.

Məhz 1988-ci ildə, Bakının əsas meydanında – Azadlıq meydanında, Azərbaycan ictimaiyyəti SSRİ rəhbərliyinin hərəkətlərinə qarşı etiraz səsini ucaltdı. Bu gün Azərbaycan xalqı Azərbaycanın müstəqilliyinin əsasında duran və ölkəmizin tarixində yeni bir fəslin təməlini qoyanları xatırlayır.

“Asan İmza” komandası bütün Azərbaycan xalqını bu əlamətdar tarixi gün münasibətilə ürəkdən təbrik edir.