İmzalama xidməti

Rəqəmsal imzalama ideyası onilliklər ərzində tətbiq olunmaqdadır. Üstünlükləri bəllidir – qloballaşan dünyada işgüzar fəaliyyət həcmi beynəlxalq səviyyədə sürətlə artmaqdadır. Təcili xidmət agentləri bir neçə saat ərzində olmasa da, bir neçə gün ərzində sərhədlər boyunca sənədlərin çatdırılması xidmətləri sahəsində hökmran olmuşlar. Hər halda, xidmət xərci onun keyfiyyətinə və sürətinə uyğun olsa da, şəxsiyyətin müəyyən edilməsi ilə bağlı dələduzluq halları riski hələ də qalmaqdadır. Beynəlxalq ticarətdəki dələduzluqlar barədə xeyli kitablar yazılmışdır.

Müxtəlif ölkələr bir çox illər ərzində rəqəmsal imzalar barədə qanunvericilik üzərində işləmişlər və artıq bu sahədə fəaliyyət göstərən bir sıra sahibkarlar onların xidmətlərinin müxtəlif beynəlxalq təlimatlara uyğun olduğunu təsdiqləyirlər. Ölkə daxilində fəaliyyət göstərən xidmətlər istisna olmaqla, bəzi xidmətlər dövlət agentlikləri tərəfindən təmin edilən rəqəmsal imzalardan faydalanırlar.

Rəqəmsal imza, əsasən, SO-nın məlumat bazasında saxlanan imzalama sertifikatından və imzalayan şəxsin SIM-kartında saxlanan şəxsi açardan ibarətdir. Rəqəmsal imza atmaq üçün öncə imzalayan şəxsin sertifikatlarının etibarlılığı onun telefon nömrəsi və imzalayan şəxsdən daxil etməsi tələb olunan PIN1 kodu vasitəsilə yoxlanılır. Sertifikatlar etibarlı olduğu halda, imzalayan şəxs PIN2-kodunu daxil etməklə elektron sənədi və ya sənədlər qutusunu imzalaya bilər. Yeni sənəd və ya sənədlər qutusu yaradılır və rəqəmsal imza onun ayrılmaz tərkib hissəsini təşkil edir. İmzalandıqdan sonra imzalanmış sənəd(lər)in məzmunu dəyişdirilə bilməz ki, bu da artıq imzalanmış sənədlərin saxtalaşdırılmasını qeyri-mümkün edir. Rəqəmsal imza imzalayanın kimliyi, imzalama sertifikatının etibarlılığı, imza vaxtı və s. barədə informasiyanın (bununla məhdudlaşmamaq şərti ilə) daxil olduğu məlumatlar toplusudur. Müvafiq qanunvericiliklə təsdiqlənmiş tələblərə cavab verən rəqəmsal imza hüquqi qüvvəyə malik təsdiqləyici imzadır. Başqa sözlə, bu, əllə edilən imzaya bərabərdir və ona görə də, eyni cavabdehlik daşıyır.

 

Siyahıya qayıt