02.04.2019

Azərbaycan innovasiyası – Asan imza ABŞ-da keçirilən KNOW 2019 Identity konfransında böyük marağa səbəb oldu

KNOW Identity Conference Ariada, Las-Veqas, ABŞ-da 2019-cu ilin 24-27 mart tarixlərində keçirilmişdir. Sənaye təqvimində ən əhəmiyyətli hadisə olan KNOW 2019 Veqas, 400-dən çox şirkət və 1500 ziyarətçini əhatə etmişdir. KNOW 2019 Veqas, bu sahəyə təsir edən müasir məsələləri araşdırmaq üçün vizyonerləri bir araya gətirən çox əhəmiyyətli konfrans proqramı olan 100-dən çox aparıcı şirkətin ən son innovasiyaları və qabaqcıl texnologiyalarını birləşdirən verilənlərin identifikasiyası, konfidensiallığı və iqtisadiyyatı üzrə dünyada ilk tədbir kimi tanınır. KNOW Vegas eyni zamanda bu sahədə vacib həlləri qəbul edən 2000-dən çox insanın iştirakı ilə təhsil, qeyri-rəsmi söhbətlər, əsas çıxışlar, panel müzakirələri və s. üçün geniş imkanlar təqdim edir. Azərbaycan innovasiyası – Asan imza konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur. Azərbaycanda mobil identitet innovativ texnologiyasının tətbiqi əhaliyə təqdim olunan xidmətlərdə şəffaflıq, əlyetərlilik və bərabərliyin təmin edilməsi üçün bir alət kimi beynəlxalq təşkilatların müxtəlif hesabatlarının ən yaxşı təcrübəsini özündə əks etdirir.

B.EST Solutions şirkətinin direktoru və təsisçisi, eyni zamanda Milli Mobil İdentifikatorların Qlobal İttifaqının (GANMI) həmtəsisçisi sayılan xanım Jana Krimpe identifikasiya sahəsində qabaqcıl ekspertlər ilə mobil identifikasiya ilə bağlı məsələləri müzakirə etmişdir. Xanım Krimpe konfransın iki panelində iştirak etmişdir. O, bütün dünyada insan resurslarının inkişafı üzrə məqsədlərə çatmaq üçün rəqəmsal identifikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətləri yönləndirən elektron həllərin təchizatçıları və beynəlxalq təşkilatların olduğu “Rəqəmsal cəmiyyətlərin genişləndirilməsi üçün innovasiyalar” panelində iştirak etmişdir.

Sessiyada mobil identifikasiya, blokçeyn, süni intellekt və digərlərinin əhalinin məzlum qruplarının imkanlarının və xidmətlərin qeyri-kafi səviyyədə olan bazarlarda maliyyə əlyetərliyinin necə genişləndirilməsi kimi mövzular müzakirə edilmişdir. Panelin moderatoru KNOW 2018 versiyasına əsasən ilin lideri hesab edilən Rimma Perelmuter (Böyük Britaniya) olmuşdur. Devid Devis (Avstraliya) – AgUnity şirkətinin təsisçi direktoru; Met Homer (ABŞ) – OWI şirkətinin direktoru; Ketrin Noal (Yeni Zelandiya) – Sphere Identity şirkətinin direktoru müzakirələrdə iştirak etmişdilər.

“Hökumətin identifikatorları: dünya təcrübəsi” sessiyasında bütün dünyada islahat məsələləri üzrə başlıca müzakirələrdə effektli, təhlükəsiz rəqəmsal identitetlərin genişləndirilməsi üzrə məruzə və təqdimatlar işıqlandırılmışdır. Daha çox ölkə seçilmiş mədəni, siyasi və iqtisadi kontekstlər çərçivəsində vətəndaşlara vergilər, e-səsvermə, eləcə də bank xidmətləri, tibb sahəsində verilənlər kimi dövlət xidmətlərinə bir düyməni seçməklə əlyetərlilik imkanı verən milli identifikasiya sistemlərini tətbiq edirlər.
Sessiyada nələrin edildiyi, nələrin edilmədiyi və gələcəkdə nələrin ediləcəyinin vacib olduğunu müzakirə etmək üçün bütün dünyadan milli identifikasiya sistemlərinin ekspertləri iştirak etmişdilər. Panelin moderatoru Consult Hyperion şirkətində innovasiyalar üzrə direktor Devid Börç (Böyük Britaniya) olmuşdur. Devid Blek (Böyük Britaniya)- ID Crowd şirkətinin məsləhətçisi; Marqus Arm (Estonia) – Estoniyanın Dövlət informasiya sisteminin idarə edilməsinin elektron identifikasiya şöbəsinin rəhbəri; və Natali Estman (Böyük Britaniya)- IDEMIA şirkətində qlobal innovasiyalar üzrə vitse-prezident də bu paneldə iştirak etmişdilər.

Xanım Jana Krimpe, hər il keçirilən KNOW nominasiyasının 3-cü ilində “İdentitet sahəsində qadın” nominasiyasında KNOW mükafatına İdentifikasiya cəmiyyəti tərəfindən namizəd kimi irəli sürülmüşdü. Bu nüfuzlu mükafat tənzimləmə, eləcə də qanunvericiliyin və ya liderlik töhfəsi vasitəsilə identitet üzrə cəmiyyətə daha böyük təsir göstərən qadınlara verilir.

Emma Lindli (Böyük Britaniya) – VISA-ın vitse-prezidenti; Natali Smolensky (ABŞ) – Learning Machine-nin baş vitse-prezidenti; Lin Kim Fitspatrik (ABŞ) – Hello Soda şirkətində verilənlər şöbəsinin rəhbəri; və Kimberli Sazerlend (ABŞ) – LexisNexis Risk Solutions şirkətində fırıldaqçılıq və identifikasiya ilə mübarizə strategiyası üzrə baş direktor da finalçılar qismində seçilmişdilər.

Mariana Dahan (ABŞ) – World Identity Network (WIN) baş direktoru; Frenk Lourens (ABŞ)- Qlobal əməliyyatlar şöbəsinin və CCO Facebook Payments-in rəhbəri; Kristin Klark (ABŞ)- Intertrust Technologies şirkətində təhlükəsizlik əməliyyatları üzrə vitse-prezident; ID2020-də baş arxitektor – Adam Kuper (Böyük Britaniya); Çarlz Uolton (ABŞ) – Mastercard-da rəqəmsal identitet üzrə baş vitse-prezident, Bret Makdauel (ABŞ)- FIDO Alliance şirkətində icraçı direktor; Google-da ödəmələr proqramı üzrə menecer Aniket Vaydya (ABŞ); Estoniyada Dövlət informasiya sisteminin idarə edilməsinin elektron identifikasiyası şöbəsinin rəhbəri Marqus Arm (Estoniya); GSMA-nın qlobal qarşılıqlı əlaqəsi üzrə direktor Mark Harvi (Böyük Britaniya) və digərləri tədbirdə iştirak etmişdilər.

Tədbir və B.EST Solutions şirkəti haqqında daha ətraflı məlumatı bu saytdan əldə edə bilərsiniz.