31.03.2019

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Mart ayının son günləri Bakıda baş vermiş faciənin 101-ci ildönümüdür. 1918-ci il martın 30-u ilə 3 aprel arasında erməni millətçiləri bolşeviklərlə birlikdə qadınlar və uşaqlar da daxil Bakıda və onun ətrafında müsəlman-azərbaycanlı əhalisni qətliam ediblər.

Bu tarixi faciənin vacibliyi nəzərə alınaraq, Azərbaycan Respubikasının prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən hər il respublikamızda və onun hüdudlarında 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmaqdadır.

Tariximizi unutmayaq!