07.09.2018

Aparıcı eston qəzeti “Postimees”: “Prezidentin Fərmanına əsasən “Asan İmza” dünyada ilk mobil rezidentlik layihəsi oldu”

Azərbaycan – Rəqəmsal Azərbaycanda biznesin aparılması məqsədilə digər ölkələrin vətəndaşları üçün rəqəmsal mobil və elektron identiteti təqdim edən elektron və mobil rezidentlik layihəsini tətbiq etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin 2017-ci il 12 sentyabr tarixli Fərmanına əsasən bütün dünya üzrə ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycanda biznes qurmaq arzusunda olan və ya ölkə iqtisadiyyatına investisiya qoymaq istəyən dünya üzrə bütün əcnəbilərə “Asan İmza” mobil elektron imzanın elektron sertifikatlarını təqdim etmə səlahiyyətlərinə malikdirlər.

Estoniyanın aparıcı dövri nəşri olan “Postimees” – “Azərbaycan dünyada elektron rezidentlik layihəsini (e-Residency) tətbiq edən ikinci və mobil rezidentlik layihəsini təqdim edən ilk ölkə olmuşdur” adlı məqalə çap etmişdir. Məqalədə Azərbaycanın X-Road texnologiyası və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub) bazası əsasında elektron hökumət platformasına əsaslanan Rəqəmsal Dövlətin qurulmasındakı müsbət məqamları və nailiyyətləri qeyd edilmişdir. Həmçinin o da vurğulanmışdır ki, yaradılan “Made in Azerbaijan” – “Asan İmza” (Estoniyanın Mobiil-ID-nə analoji olan) texnologiyasına əsasən bugünkü gündə Azərbaycanda 600-dən çox elektron xidmət əlyetərlidir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı konsepsiyasının reallaşdırılması sahəsində isə bütün milli ixrac və idxal prosedurları kağızsız olacaqdır.

istinad