18.10.2018

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür!

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Hələ 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Sənəddə müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.

Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini, bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edib.

Biz də bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi olmasını diləyirik.

YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI!

1422040830_musteqillik-gunu