09.12.2014

“B.est Solutions” şirkəti “İlin IT şirkəti”nin seçilməsi üzrə onlayn səsvermədə 4-cü yerə layiq görülüb

“Asan İmza” mobil rəqəmsal imzanın operatoru olan “B.est Solutions” şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “ICTnews” xəbər portalının “İlin IT şirkəti”nin seçilməsi üzrə təşkil etdiyi onlayn səsvermənin nəticələrinə əsasən 4-cü yerə layiq görülüb.

İki ay ərzində keçirilmiş və 11 mindən artıq respondentin iştirak etdiyi səsvermədə “B.est Solutions” şirkəti ilk onluqda “Delta Telekom”, “Az-EuroTel” və “TransEuroCom” kimi iri şirkətlərdən sonra qərarlaşır.