19.08.2013

Mobil əlaqə vasitələrinin təhlükəsiz istifadəsinə dair tövsiyələr

Bütün Asan İmza, eləcə də Facebook və İnternet səhifələrimizin istifadəçiləri üçün smartfonların təhlükəsiz istifadəsinə dair tövsiyələri təqdim edirik.
Mobil əlaqə vasitələrinin təhlükəsiz istifadəsinə dair toplanan tövsiyələr nəsə yeni və mürəkkəb bir tövsiyə deyildir, lakin çox vaxt insanlar mobil telefonlarını qorumaq üçün sadə imkanlardan istifadə etmirlər. Mobil əlaqə vasitələrinin təhlükəsiz istifadəsi və oradakı informasiyanın qorunması pul kisəsinin mühafizəsi kimi vacibdir.
9 tövsiyə ilə tanış ol və onları dostlarınla paylaş!

Müasir əlaqə vasitələri, istər smartfon və ya planşet olsun, öz mahiyyəti etibarilə elektron yazışmalarımızı, sənədləri, şəkilləri və videofilmləri saxladığımız miniatür kompüter hesab edilir.
Eyni zamanda mobil qurğu veb saytlara, sosial şəbəkələrə, müxtəlif proqram əlavələrinin ticarətini aparan e-mağazalara, filmlərə və musiqi kanallarına giriş imkanını təmin edir. Mobil əlaqə qurğusundan təhlükəsiz istifadə və onda saxlanan informasiyaya girişin effektli qorunması bacarığı şəxsi pul kisəsinin düzgün istifadəsi və mühafizə edilməsi bacarığı kimi vacibdir.

1. Mütləq, ekranın kod vasitəsilə kilidlənməsindən istifadə edin.

Mobil qurğunun bu üsulla qorunması bir qədər münasib görünməyə bilər, lakin məhz həmin üsul vasitəsilə Siz əmin ola bilərsiniz ki, kənar şəxslər üçün orada saxlanan informasiyaya giriş qadağandır və ondan sui-istifadə qeyri-mümkündür. (İnformasiyadan sui-istifadəyə misal kimi Sizin adınızdan çatlara elektron məktubların, xüsusi tarifli ismarıcların göndərilməsi, mobil qurğuda saxlanan parollarınızın öyrənilməsi və onlardan istifadə edilməsi kimi halları göstərmək olar).

2. Antivirus proqramını quraşdırın.

Yazılan qaydalar ilə yanaşı yazılmayan qaydalar da mövcuddur ki, onlara əsasən stolüstü kompüter və noutbook antivirus proqramları ilə qorunmalıdır. Mobil əlaqə qurğusu, kompüter kimi olduğu üçün onun qorunduğu üsul ilə mühafizə edilməlidir. Pullu antivirus proqramları olduğu kimi pulsuz antivirus proqramları da vardır. Məs: AVG, Kaspersky, F-Secure, McAfee və s.

3. İstifadə olunmayan funksiyaları dayandırın.

Məsələn, əgər Siz hal-hazırda bluetooth, wifi və ya GPS-dən istifadə etmirsinizsə, o zaman bu funksiyaları dayandırın. Bu üsul ilə Siz mobil qurğunuzu mümkün hücumlardan qoruyacaq və kənar şəxslərə Sizin olduğunuz yer haqqında informasiya əldə etmələrinə və ya profil verilənlərinizi toplamağa imkan verməyəcəksiniz. Eyni zamanda bu yolla Siz telefonun enerji ehtiyatını da artırmış olacaqsınız.

4. İnternet sayt və mağazalarından tanımadığınız proqramların əldə edilməsindən çəkinin.

Aparılan tədqiqatlara əsasən virusların 2/3-i proqram əlavələrinin satıldığı alternativ mağazalar vasitəsilə yayılır. Buna görə də Sizin mobil qurğunuzda bu cür imkan bir qayda olaraq, “susmaya görə” funksiyası altında yerləşir. Hətta telefon istehsalçılarının rəsmi mağazalarında (Google Play, Apple App Store)problemli proqram təminatı yarandığı zaman onun silinməsi daha asan və uyğun şəkildə həyata keçirilir ki, bu da riski minimuma endirmiş olur.

5. Yükləmədən əvvəl proqram təminatının profil verilənləri ilə tanış olun.

(Yəni, onun istehsalçısı məşhur və etibarlıdırmı? əgər məşhurdursa, o zaman həmin proqram əlavəsi Sizin üçün vacib və uyğundurmu?)
Məsələn, Angry Birds adlı oyun proqramı yayılmışdır ki, onun yüklənməsindən sonra xüsusi tariflər üzrə SMS məlumatlar göndərilirdi. İnternet vasitəsilə zəngin göndərilməsini təmin edən Viber proqramı smartfondan öz serverinə telefon kitabçasını endirirdi. Bu halda ona etibar etmək olarmı?

6. Proqramın quraşdırılması zamanı tövsiyə olunan giriş imkanlarını yoxlayın.

Məsələn, proqram Sizin kontaktlarınıza giriş imkanı əldə etmək istəyirmi, sms məlumatları göndərmək və ya olduğunuz yeri soruşmaq imkanı varmı? Əgər Sizin fikrinizcə, proqram istifadəçinin bu cür verilənlərinə ehtiyac duymursa, o zaman quraşdırma vaxtı proqram tərəfindən soruşulan bu cür giriş imkanının təqdim edilməsindən imtina edin.

7. Yeniləmədən istifadə edin.

Proqramın yeni versiyası yaranan zaman onu yeniləyin. Bu şəkildə Siz köhnə versiyada olan mümkün düzəlməyən səhvlərdən xilas olacaqsınız.

8. Qorunmayan kütləvi WiFi şəbəkəsindən istifadə etməməyə çalışın.

Qorunmayan WiFi şəbəkəsindən istifadə zamanı (kafedə, ticarət mərkəzlərində və s.) bu şəbəkənin digər istifadəçiləri çətinlik çəkmədən Sizin hansı saytlara daxil olduğunuzu, kompüterinizdə hansı şəkillərin, videofilmlərin və ya filmlərin olduğunu görə bilər, hətta Sizin elektron məktublarınızı oxuya bilərlər.
Diqqət! WiFi şəbəkəsinə daxil olmaq üçün istifadə olunan istifadəçinin adı və parolu yalnız istifadəçinin identifikasiyası üçün nəzərdə tutulduğundan onlar Sizin WiFi şəbəkəsindəki əməliyyatlarınızı qorumur.

9. Uzaq məsafədən idarəetmədən istifadə edin.

Əgər mobil qurğunun istehsalçısı veb vasitəsilə uzaqdan idarəetməni təklif edirsə, mütləq bu imkandan istifadə edin. Bu, mobil qurğunun oğurlanması və ya itirilməsi zamanı həmin qurğunu uzaq məsafədən kilidləməyə, orada saxlanan verilənləri silməyə və ya olduğu yeri müəyyən etməyə imkan verəcək.

Mənbə