23.12.2013

asanimza.az saytında yenilik: Asan İmzadan istifadə zamanı qənaət edilmiş xərclərin kalkulyatoru

Bundan sonra asanimza.az saytında kağız daşıyıcıdakı ənənəvi imzaya müqabil olan “Asan İmzadan istifadə zamanı qənaət edilmiş xərclərin kalkulyatoru” istifadəyə açıqdır.

Bu kalkulyator kağız sənədlərin (müqavilələr, aktlar, hesablar, işgüzar yazışmalar vəs.) imzalanması və onların göndərilməsi ilə bağlı olan xərclərin qiymətləndirilməsinə imkan verən faydalı alətdir.

Hesablamalardan da göründüyü kimi mobil elektron imza Asan İmzanı istifadə edən müəssisələrin kağız dövriyyəsinin həcmindən asılı olaraq, kağızların alınması və sənədlərin kuryer vasitəsilə çatdırılmasının vacibliyinin olmaması hesabına maliyyə vəsaitlərinin çox böyük ölçülərinə qənaət etmiş olur.

Əgər sizin təşkilatınızda orta hesabla hər ay kağız daşıyıcıda 7 min sənəd imzalanırsa və onların 10 %-i kuryerlə poçt vasitəsilə göndərilirsə, o zaman hesablamalardan da görünür ki, bu cür həcm ilə təşkilatın aylıq maliyyə xərcləri təxminən 12 000 AZN təşkil edir. Eyni zamanda 1500 AZN-ə qədər poçt xidmətlərinə xərclənir.

Beləliklə, təşkilatınızın sənəd dövriyyəsində mobil imza Asan İmzanın istifadəsi şirkətin maliyyə resurslarına hər il 162 000 AZN qənaət etmiş olacaq.

Bundan əlavə sənədlərin daşınmasının elektron mühitdə baş verdiyini nəzərə alsaq, mobil imza Asan İmzanın istifadəsi əhəmiyyətli dərəcədə vaxt resurslarına qənaət etməyə də imkan verir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, mobil imzanın tətbiqi il ərzində şirkətlərə ən az bir iş həftəsini “azad etməyə” şərait yaradır.

Kalkulyatora istinad