14.10.2013

QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN!

Bu gün bütün müsəlman dünyası Ramazan bayramından sonra müsəlman təqvimində ikinci ən böyük bayram sayılan Qurban bayramını qeyd edir.

Bu gündə kəsilən qurbanlar imkansız və ehtiyac sahibi olan şəxslərə paylanılır, qocalara, yaşlı insanlara hörmət əlaməti olaraq baş çəkilir, həmçinin müqəddəs yerlər ziyarət edilir. Məhz buna görə də Qurban bayramı eyni zamanda birlik, bərabərlik və bərəkət bayramıdır.

Bu münasibətlə bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların qəbul olunmasını diləyir, müsəlman dünyasına isə sülh, əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət, sevinc və səadət, həmçinin Qurban bayramının sevincini bütün varlıqları ilə yaşamağı və hiss etməyi arzulayırıq.

QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN!