27.03.2013

Azərbaycanda «Mobil vergi xidmətləri»nin tətbiqinə başlanılır

Yaxın vaxtlarda Azərbaycan Vergilər Nazirliyi ölkədə ilk dəfə olaraq «Mobil vergi xidmətləri»nin tətbiqinə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, Nazirliyin yaxın vaxtlarda tətbiq edəcəyi yeni 11 elektron xidmətdən biri olmaqla həm də e-hökumət layihəsinə keçidin başlanğıcı olacaq.

Nazir vurğulayıb ki, e-hökumət layihəsinin devizi «Mənim hökumətim mənimlə»dir: «Bu o deməkdir ki, mobil telefonu olan istənilən şəxs heç bir kompyuter və digər informasiya daşıyıcısının köməyi olmadan bütün hökumət qurumları ilə əlaqə saxlamaq və müraciət etmək imkanına malik olsun. Vergilər Nazirliyinin təqdim edəcəyi mobil vergi xidmətinə təkcə mobil ödənişlər deyil, mobil müraciətlər və yazışma da aid olacaq. Bu xidmətin tətbiqi yaxın zamanlarda baş tutacaq».

Ətraflı