17.05.2013

Azərbaycan mobil elektron imza sahəsində beynəlxalq miqyasda təmsil olunur

Azərbaycanda mobil elektron imza sahəsində inkişaf və yeniliklər davam etməkdədir. Artıq bu istiqamətdə əldə olunan nailiyyətlər və təcrübə beynəlxalq səviyyədə təmsil olunur. Belə ki, 2013-cü il 14-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “The Identity Conference 2013” adlı konfransda Azərbaycanın Asan İmza Mobil ID həllər modeli təqdim edilmişdir. Konfransda Fransa, Belçika, Marokko, Hindistan və digər ölkələrin böyük şirkət və təşkilatlarının nümayəndələri iştirak edirdi.

Azərbaycanı “SayberNet MMC”nin direktoru İlham Namazov və “B.est Solutions” şirkətinin prezidenti Yana Krimpe təmsil edirdi. Yana Krimpe konfrans iştirakçılarına Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən ölkədə tətbiq olunan mobil elektron imza modeli, “ASAN Xidmət” və əhaliyə göstərilən mobil imza xidmətləri haqqında ətraflı məlumat vermişdir. Bu çıxış konfrans iştirakçılarının marağına səbəb olmuşdur.

Məlumat üçün qeyd edək ki, bugünkü gündə mobil imza xidmətləri sistemi dünyanın 6 ölkəsində tətbiq edilir ki, Azərbaycan da artıq bu sırada 7-cidir.