21.06.2013

Asan İmza – “NETTY 2013” Milli İnternet Mükafatının qalibi

Hər il olduğu kimi bu il də bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində Azərbaycanda birinci peşəkar mükafat sayılan “NETTY Milli İnternet Mükafatı”nın qalibləri müəyyən oldu.
AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi və aparıcı şirkətlərin partnyorluğu, həmçinin De Jure hüquq şirkətinin hüquqi dəstəyi və KİV nümayəndələrinin iştirakı ilə 18 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli təqdim etmə mərasimində “NETTY 2013” mükafatının 16 nominasiya üzrə qalibləri elan edildi. Bu nominasiyalar içərisində ən yaxşı milli veb-saytlar, layihələr və proqramlar üzrə nominasiyalar yer almışdır.
Sevindirici haldır ki, Xidmət-saytı nominasiyasına Asan İmza www.asanimza.az saytı layiq görüldü.
Bu münasibət ilə həm Asan İmza komandasını, həm də müsabiqənin digər qaliblərini ürəkdən təbrik edir və hamıya yeni-yeni nailiyyətlər arzulayırıq.