25.06.2013

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilmiş və bu tarix hər il Azərbaycan xalqı tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunmaqdadır. Bu gün Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarət olan və Cənubi Qafqazda ən güclü, hazırlıqlı ordu hesab edilən Silahlı qüvvələrimiz Azərbaycan dövlətinin müstəqilliyi, ərazi bütövlüyü və xalqımızın azadlığının keşiyində durur.
Biz bütün xalqımızı bu şanlı gün münasibətilə ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin müdafiəsində duran Azərbaycan Respublikası Silahlı Qüvvələrinə isə bu şərəfli işlərində hər zaman mətin olmağı diləyirik.