30.12.2015

Yeni iliniz və Həmrəylik gününüz mübarək!

B.EST Solutions şirkəti Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2016-cı təqvim ilinin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir.

Əlavə məlumat

24.12.2015

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür!

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür. Cənab İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mütərəqqi dövlətçilik ideyalarını və prinsiplərini həyata keçirərək ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Əlavə məlumat
30.11.2015

ISESCO Azərbaycan mütəxəssislərinin hazırladığı sənədlərin elektron imzalanması platformasını tətbiq etməyi planlaşdırır

23-27 noyabr tarixlərində Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası və ISESCO Baş Konfransın 12-ci sessiyası baş tutub. Baş konfransın gedişatında ISESCO-nun elektron sənəd dövriyyəsi sistemində sərhədlərarası innovativ elektron və mobil imza və elektron sənədlərin idarə edilməsi platformasının tətbiqinə dair Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs nəzərdən keçirilib.

Əlavə məlumat
14.11.2015

Bank VTB (Azərbaycan) ölkədə ilk dəfə öz elektron dəftərxanasında “Asan İmza” xidmətini tətbiq edib

Bank VTB (Azərbaycan) öz daxili əməliyyat sistemində “Asan İmza” xidmətini tətbiq edib. Bu, Azərbaycanın bank sektorunda ilk belə layihədir. Yenilik nəticəsində bankın elektron kargüzarlığı mobil elektron imzanı dəstəkləyəcək ki, bu da kredit təşkilatının daxilində qərarların qəbul olunması prosesini asanlaşdıracaq və bankın xərclərini azaldacaq.

Əlavə məlumat
12.11.2015

12 noyabr – Azərbaycanın Konstitusiya Günüdür!

Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

Əlavə məlumat
08.11.2015

9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günüdür!

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2009-cu ildən etibarən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir.

Əlavə məlumat
30.10.2015

İNNOVATİV AZƏRBAYCANIN VƏTƏNDAŞINA YÖNÜMLÜ XİDMƏTİ: 195 Çağrı Mərkəzində Asan İmza ilə vergi xidmətlərindən istifadə

İnnovativ texnologiyalar sahəsində dünyada son illərin əlamətdar xidmətlərindən biri olan və toplumun xidmətində dayanan mobil rəqəmsal identifikasiya (mobil imza) xidməti vətəndaşlarla dövlət arasında qarşılıqlı ünsiyyətin sadələşdirilməsində və beləliklə də müasir cəmiyyətlərin inkişafında ən fundamental baryerlərindən hesab edilən rüşvətxorluq və bürokratiya hallarının aradan qaldırılmasında ən effektiv vasitələrdən biridir.

Əlavə məlumat
17.10.2015

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür!

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Hələ 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Sənəddə müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub.

Əlavə məlumat
15.10.2015

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

“Asan İmza” mobil elektron imza xidməti Hökumət Ödəniş Portalına inteqrasiya edilib. Bununla, portalın istifadəçiləri mobil elektron imzadan istifadə edərək portala daxil ola və orada təmsil olunan dövlət orqanları tərəfindən təqdim edilən 220-dən çox, ümumilikdə isə 21 təşkilat üzrə 330-dan artıq xidmətlə bağlı ödənişləri həyata keçirə bilər.

Əlavə məlumat
13.10.2015

Asan İmza “myAccess” internet bank sisteminə inteqrasiya edilib

“Asan İmza” mobil elektron imza xidməti AccessBankın “myAccess” internet bank sisteminə inteqrasiya edilib. Artıq sözügedən bankın müştəriləri Asan İmzadan istifadə edərək təhlükəsiz və rahat şəraitdə internet bank portalına daxil ola və onlayn bankçılıq xidmətlərindən faydalana biləcək.

Əlavə məlumat