Asan İmza kartı əldə etmişəm. İstifadəçi ID-mi necə dəyişə bilərəm?

Sual: Asan İmza kartı əldə etmişəm. İstifadəçi ID-mi necə dəyişə bilərəm?

Cavab: Siz İstifadəçi ID-nizi AsanDoc Client vasitəsilə dəyişə bilərsiniz. AsanDoc Client proqram təminatı və onun müxtəlif əməliyyat sistemlərində necə instalyasiya olunması ilə bağlı ətraflı məlumatı asanimza.az saytının AsanDoc: İnstalyasiya təlimatı bölməsindən əldə edə bilərsiniz. AsanDoc Client proqram təminatını yüklədikdən sonra açılan pəncərədə “Ayarlar” bölməsini seçərək “Mobil İmza İstifadəçi ID-sinin dəyişdirilməsi” düyməsini qeyd etməli və növbəti pəncərədə İstifadəçi ID-ni dəyişdirə bilərsiniz.

Siyahıya qayıt