Əmək müqaviləsi bildirişlərini qeydiyyata ala bilmirəm?

Sual: Mən Asan İmza əldə etmişəm, lakin bu imza ilə https://www.e-gov.az/ portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən yararlanaraq bildirişlərin qeydiyyatını həyata keçirə bilmirəm. Sistemə daxil olub həmin elektron xidməti seçdikdə ekranda aşağıdakı ismarıc əks olunur:

Daxil olduğunuz imza ilə xidmətdən istifadə etmək üçün ya imzanızda “Möhür Vurma Səlahiyyəti” olmalı, ya da səlahiyyəti olan başqa şəxs bu imzaya icazə verməlidir

Cavab: Əgər Siz “Dövlət” və ya “biznes” sertifikatlarını əldə etmisinizsə, bu zaman aid olduğunuz qurumun rəhbər şəxsi https://www.e-gov.az/ portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə daxil olaraq Sizə səlahiyyət verməlidir.

Siyahıya qayıt