AsanDoc xidməti necə işləyir?

AsanDoc veb-xidmətində SOAP JSON-RPC 2.0 protokolundan istifadə olunur. Bu xidmətdən bilavasitə AsanDoc Xidmət protokoluna riayət etməklə və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən yaradılmış proqram nümunəsindən faydalanmaqla istifadə etmək olar. Daha ətraflı məlumat üçün e-poçt vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

Bu xidmətdən istifadə imkanı IP ünvanı əsasında yaradılır. AsanDoc veb-xidmətindən istifadə etmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) ilə müqavilə imzalanmalıdır.

Tətbiqi proqramların işlənib hazırlanması və sınağı üçün sizə AsanDoc xidmətinin sınaq variantından istifadə etməyi məsləhət görürük. Daha ətraflı məlumat üçün e-poçt vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

 

Əlavə texniki informasiya

Developer-lər üçün alətlər haqqında əlavə məlumat əldə etmək məqsədilə e-poçt vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.

Siyahıya qayıt