06.11.2017

FEMMES DIGITALES klubu Qəbələdə 2-ci Regional İKT tədbirini keçirdi

“Azərbaycan qadınları İKT-də – FEMMES DIGITALES (AWIC)” klubu ölkənin regionlarında azərbaycanlı qızlar və qadınlar arasında informasiya-kommunikasiya texnologiyalarının yayılması sahəsində öz fəaliyyətini genişləndirməkdə davam edir.

5 noyabr 2017-ci il tarixində “ASAN Xidmət”in Qəbələ Mərkəzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və FEMMES DIGITALES klubunun təşkilatçılığı ilə həmin regionun məktəbli qızları üçün bir sıra tədbirlər keçirildi. Bu il tədbirin baş sponsoru «Gilan Holding» idi.

Tədbirin birinci hissəsi çərçivəsində “Azərbaycan qadınları İKT-də – FEMMES DIGITALES (AWIC)” klubunun üzvləri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “ASAN Xidmət”, “MONT”, “Cybernet”, “Azertelecom”, “Ultra Technologies” və digər şirkətlərin xanım nümayəndələri ilə Qəbələ rayonunun məktəbli qızları arasında tanışlıq baş tutdu. Klubun üzvləri informasiya texnologiyaları sahəsində öz karyera tarixçələri ilə bölüşərək, bu sahədə təhsilin perspektivləri haqqında danışdılar. Konfrans iştirakçıları ölkədə reallaşdırılan müxtəlif innovativ İKT layihələri haqqında məlumatlandırılmış, eləcə də informasiya-kommunikasiya texnologiyaları sektorunda inkişaf etmək arzusunda olan xanımlara FEMMES DIGITALES klubunun dəstəyi imkanları haqqında informasiya verilmişdir.

Konfransın kompyuter təhsilinə istiqamətlənmiş ikinci hissəsi isə beynəlxalq ixtisaslaşmış tədris mərkəzi olan STEP Azerbaijan İT-Akademiyasının iştirakı ilə keçirilmişdir. Təcrübi məşğələlər zamanı xanıım iştirakçılar robotların və digər avtomatlaşdırılmış test mexanizmlərinin yığılması prosesi ilə əyani şəkildə tanış olaraq, bu sahədə ilkin bacarıqlara sahib olmuşdular.

Tədbir çərçivəsində Qəbələ rayonunun məktəbli qızları arasında İT-startap-ı üçün ən yaxşı ideya müsabiqəsi keçirilmişdir. Günün ikinci yarısında isə konfrans iştirakçıları nəticələrin qiymətləndirilməsinə başlamışdılar. 5 məktəbdən iştirakçı olan 76 xanım şagirddən ibarət komanda arasında keçirilən müsabiqənin nəticələrinə görə qaliblərə konfransın sponsoru və şirkətlərin xanım iştirakçıları tərəfindən xüsusi sertifikatlar və xatirə hədiyyələri təqdim edilmişdir. Ən yaxşı ideyalar fotolarla birlikdə Femmes Digitales-in Facebook səhifəsində təqdim ediləcəkdir.

“Mən Qəbələdə bilikli, həvəsli və motivasiyalı qızları gördükdə çox təəccübləndim! Əminəm ki, tezliklə siz müsabiqədə iştirak edən qızlar tərəfindən həyata keçirilən ideyaların şahidi olacaqsınız. Bu artıq FEMMES DIGITALES klubunun reallaşdırdığı ikinci tədbirdir. Qeyd etmək istəyirəm ki, ölkənin gəncləri çox inkişaf edir və bizi yeni planlar qurmağa ruhlandırır. Bakıda gənclərin daha çox imkanları vardır. Bizim vəzifəmiz öz imkanlarımız çərçivəsində regiondakı xanımları əhatə edərək, onları öz ideya və qabiliyyətlərini həyata keçirmək üçün motivasiya etmək və yol göstərməkdən ibarətdir. Biz, tələbələr arasında startap üzrə çoxlu yarışmaların şahidi olmuşuq, lakin ilk dəfə olaraq bunu 12 yaşlı məktəblillər üçün keçirdik. Mən onların ideyalarının reallaşdırılma səviyyəsində olmasına çox təəccübləndim” – deyə FEMMES DIGITALES klubunun təsisçilərindın olan xanım Yana Krimpe qeyd etmişdir.

Bu tədbirin nəticələrinə görə “ASAN Xidmət”in Qəbələ Mərkəzi ilə əməkdaşlığın gücləndirilməsi və Qəbələ ofisinin məsuliyyət sferasına daxil olan bütün regionları əhatə etməklə bağlı qərar qəbul edilmişdir. Eləcə də ən motivasiyalı və aktiv qızların Azərbaycanın İT sahəsində ixtisaslaşmış tədris müəssisələrinə və ölkənin qabaqcıl İT şirkətlərinə ekskursiyasının təşkil edilməsi ideyası yaranmışdır.

Qeyd etmək lazımdır ki, FEMMES DIGITALES klubu tərəfindən belə tədbirlərin keçirilməsində əsas məqsəd qadın iştirakçıların sayının artırılması, həmin regionda yaşayan və təhsil alan qızlar arasında gələcək karyeranın qurulması və potensial kadrların hazırlanması üçün İKT-nin bir sahə kimi yayılmasıdır.