İmzalanmış sənədi AsanDoc müştərisi ilə necə nəzərdən keçirməli?

  • AsanDoc müştəri proqramını işə salın
  • Aşağıdakı şəkildə verildiyi kimi “İmzalanmış sənədin məzmununu nəzərdən keçirin” düyməsini seçin. Fayl brauzeri açılacaq və siz buradan AsanDoc faylını seçə bilərsiniz. “Aç” düyməsini qeyd etməklə seçimi başa çatdırın.

    view-step1_main_highlight-az

    İmza edilmiş AsanDoc sənədinin görünüşü

  • Növbəti bildirişlər yarana bilər:
    • Sənəd imzalanmamışdır. Proqram təminatı sizə sənədi aşağıdakı şəkildə göstərildiyi kimi imzalamağa imkan verir. Siz İmzalama təlimatının 5-ci mərhələsini “Asan İmza (Mobile ID) vasitəsilə sənədləri necə imzalamalı?” təkrar edə bilərsiniz.

      AsanDoc-client_vaade2_view-az

      Açılmış sənəd imzalanmamışdır

    • Sənəd imzalanmışdır və imza etibarlıdır, misal aşağıdakı şəkildə verilmişdir. “Təfərrüatları göstərin” düyməsini seçməklə əlavə məlumat ala bilərsiniz. “İmza əlavə et” düyməsini basmaqla əlavə imzalar daxil etmək olar ki, bu da sizi İmzalama təlimatının 5-ci mərhələsinə “Asan İmza (Mobile ID) vasitəsilə sənədləri necə imzalamalı?” yönəldəcək.

      sign-step8_signed_successfully1-az

      Düzgün imzalanmış AsanDoc

    • Sənəd imzalanıb, lakin imzalar etibarlı deyil, misal aşağıdakı şəkildə verilmişdir. “Təfərrüatları göstərin” düyməsini seçməklə əlavə məlumat ala bilərsiniz.

      view-step3-3_document_signed_invalid1-az

      Etibarlı olmayan imzalı AsanDoc

Siyahıya qayıt