Dayandırılmış sertifikatları necə bərpa etməli?

  • Sertifikatlarınızın fəaliyyəti dayandırıldıqdan sonra Asan İmza (Mobil imza) xidmətlərindən istifadəni davam etdirmək istəyirsinizsə, sertifikatları bərpa etmək lazımdır. Bunun üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edərək sertifikatın bərpası üçün ərizə verməlisiniz. Xahiş edirik, nəzərə alasınız ki, bu zaman özünüzlə şəxsiyyət vəsiqəsi gətirməlisiniz. Müvafiq formanı imzaladıqdan sonra sertifikatlar bərpa ediləcək və siz Asan İmza (Mobil imza) xidmətlərindən yenə istifadə edə biləcəksiniz.
  • Müəyyən hallarda səlahiyyətli dövlət orqanının sizin razılığınızı almadan sertifikatlarınızın qüvvəsini dayandırmaq icazəsi olacaq. Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) belə dayandırma əməliyyatı haqqında sizə məlumat verəcək. Dövlət orqanı tərəfindən dayandırılmış sertifikat ancaq sertifikatın qüvvəsini dayandırmış orqan tərəfindən bərpa edilə bilər.
  • Siz biznes və ya dövlət qulluqçuları üçün nəzərdə tutulmuş Asan İmzadan istifadə edirsinizsə, təmsil etdiyiniz şirkətin və ya təşkilatın də sizin razılığınız olmadan sertifikatlarınızı ləğv etmək səlahiyyəti olacaq. Bu halda da Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi sertifikatın qüvvəsinin dayandırılmasına dair sizə məlumat verəcək.

Asan İmza (Mobil imza) 3 il müddətinə qüvvədə olur (sertifikatın verildiyi tarixdən etibarən). Xidmətdən istifadəni davam etdirmək üçün Asan İmza (Mobil imza) alınmasına ərizə vermək lazımdır (mobil operatora abunə olma və sertifikat üçün ərizə vermə yolu ilə). O əvvəlki sertifikatlar kimi eyni müddətə (3 il) veriləcək.

Asan İmza (Mobil imza) SIM kartını almısınızsa, lakin daha istifadə edə bilmirsinizsə (məsələn kart itirilib və ya zədələnib), siz nominal haqq (yəni SIM kartın dəyərini) ödəməklə yeni kart ala bilərsiniz. Belə halda Asan İmza (Mobil imza) xidmətləri üçün əlavə haqq ödəmək lazım gəlməyəcək.

Sertifikatların sifarişinə və qüvvəsinin dayandırılmasına dair ətraflı məlumatı Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) İnternet saytından ala bilərsiniz.

Siyahıya qayıt