Mobil telefon itirilib / oğurlanıbsa, nə etməli?

  • Sizin mobil telefonunuz oğurlanıb və ya itirilibsə, imkan olan kimi Azercell, Bakcell və ya Nar Mobile yardım masasına müraciət edin və Asan İmza (Mobil ID) SIM-kartından istifadənin dayandırılmasını xahiş edin. Asan İmza (Mobil ID) SIM-kartından istifadənin dayandırılması halında, bütün sertifikatlar qüvvədən düşəcək.
  • Sertifikatları Asan İmza (Mobil ID) SIM-kartından istifadəni dayandırmadan ləğv etmək istəyirsinizsə, Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) yardım masasına zəng vurun (Yardım masasının nömrəsi: 195) və Asan İmza (Mobil İD) sertifikatlarının ləğv edilməsini sifariş edin. Sertifikatlarınızı dayandırmısınızsa, həm yeni Asan İmza SIM-kartı, həm də yeni sertifikatlar üçün təkrar ərizə verməlisiniz.
  • Yeni Asan İmza (Mobil İD) SIM-kartı almaq üçün, xahiş edirik, Azercell, Bakcell və ya Nar Mobile ofisinə müraciət edin. Əvəzedici kimi yeni Asan İmza (Mobil ID) SIM-kartı veriləcək və onun haqqı yeni kartdan daha ucuz olacaq. Əlavə məlumat üçün e-poçtla bizə müraciət edin.
  • Əvəzedici Asan İmza (Mobil ID) SIM-kartı almısınızsa, Asan İmza (Mobil İD) xidmətlərini yenidən açmaq və yeni sertifikatları almaq üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) getməlisiniz. Əvəzedici sertifikatların qüvvədə olma müddəti ilkin sertifikatlar kimi olacaq.
  • Qüvvədən düşmüş sertifikatlarla identifikasiya etmək və ya imza atmaq mümkün deyil.

Siyahıya qayıt