Sertifikat Xidmətləri Mərkəzi (SXM)

Sertifikat Xidmətləri Mərkəzi (SXM) şəbəkədə mühafizə şəhadətnaməsi dəstini və mesajın şifrlənməsi üçün açıq açarları verən və idarə edən orqandır. Açıq Açar İnfrastrukturunun (PKI) bir hissəsi kimi SXM qeydiyyat mərkəzi (QM) ilə əlaqə saxlayaraq elektron imza sertifikatını əldə etmək istəyən şəxsin təqdim etdiyi məlumatları yoxlayır. QM ərizəçinin təqdim etdiyi məlumatları təsdiqləyərsə, SXM sertifikatı verə bilər.

Açıq Açar İnfrastrukturunun tətbiqindən asılı olaraq sertifikata sahib şəxsin açıq açarı, sertifikatın qüvvədə olma tarixi, imza sahibinin adı və açıq açar sahibinə dair digər məlumatlar daxildir.

Sertifikat Xidmətləri Mərkəzi (SXM) dövlət tərəfindən akkreditasiyadan keçmiş təşkilat olub, identifikasiya və elektron imza üçün sertifikatları verir və idarə edir, proqram təminatının hazırlanması və istifadəsi, sertifikatın yoxlanması və vaxt möhürü kimi uyğun xidmətləri təmin edir. Sertifikatlar ərizə vermiş şəxsin təqdim etdiyi məlumatlara müvafiq dövlət təşkilatı (QM) tərəfindən təsdiqləndikdən sonra verilir və oraya sahibkarın adı, açıq açar və son qüvvədə olma tarixi kimi məlumatlar daxildir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qərarı əsasında yaradılan Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) – autentifikasiya və mobil SIM (Asan İmza) və elektron (Rəqəmsal ID -kart) smart kartlar üçün elektron imza sertifikatlarını təqdim edən, həmçinin digər xidmətləri həyata keçirən, dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və hüquqi baxımdan vacib olan elektron imzaların istifadəsini təmin edən Sertifkat Xidmətləri Mərkəzi hesab edilir. Mərkəz 09.04.2013-cü il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən akkreditə edilmiş və dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə təkmil sertifikat vermək hüququna malikdir.

Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ənənələrini gözləyərək vətəndaşlara, vergi ödəyicilərinə, hakimiyyət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına müasir texnologiyalara əsaslanan ən etibarlı xidmətləri təqdim edir.

 

Siyahıya qayıt