İdentifikasiya xidməti

E-ticarət, məhsulların və xidmətlərin onlayn alışı və satışı son onillik ərzində sürətlə inkişaf etmişdir. Eyni zamanda, elektron ticarətlə məşğul olan sahibkarlar heç vaxt öz müştəriləri ilə üz-üzə görüşə bilməmək faktından irəli gələn çətinliklərlə mübarizə aparmışlar. Yalnız daşıyıcı informasiyadan ibarət olan və istifadə imkanı üçün istifadəçinin adını və parolunu tələb edən onlayn istifadəçi hesabları heç də etibarlı deyil, belə ki, onlar həmin hesabı onu yaradan şəxsə bağlaya bilmirlər.

Vətəndaşlara onların hökumətlərinin səlahiyyətli orqanları tərəfindən verilən rəqəmsal şəxsi məlumatlar həm xidmət təminatçılarına, həm də istehlakçılara onlayn əməliyyatlarına hər zaman olduğundan daha əminliklə daxil olmaq imkanı yaradır.

İdentifikasiya xidməti SO – sertifikasiya orqanı (ASXM), xidmət təminatçısı və hər hansı xidmətdən istifadə etmək (və ya məhsulu almaq) istəyən şəxsə verilmiş identifikasiya sertifikatı arasında baş verən elektron fəaliyyətlər silsiləsidir. Xidmət təminatçısı öncə özünün istifadəçi adından-paroldan ibarət olan qeydiyyat sistemini (logon system) Asan İmza-nın (Mobil imza) təsdiqlənməsi ilə əvəz etməli və ya tamamlamalıdır. Vebsayt üçün yoxlama kodu identifikasiya xidməti ona uyğun proqramlaşdırıldıqdan sonra yaradılır. Özünü təsdiqləmək üçün müştəri əvvəlcə vebsaytda və telefonunun displeyində görünən yoxlama kodunun uyğunluğunu yoxlamalı və sonra PIN1-kodunu öz telefonuna daxil etməlidir. PIN1-kodunu daxil etməklə, müştəri həmçinin elektron-xidmət vebsaytındakı hər hansı sövdələşmələrə daxil olmaq və sövdələşmələr bağlamaq arzusunu təsdiqləyir. Sertifikasiya orqanı sertifikatın etibarlılığını yoxlamaqla müştərinin kimliyini təsdiqləyir. Bunu etmək üçün etibarlılığın təsdiqlənməsi tələbinə və cavabına müəyyən edilmiş bir sıra parametrlər daxil olmalıdır. Həm xidmət təminatçısı, həm də müştəri üçün şəxsi məlumatların oğurlanması və nəticədə baş verəcək dələduzluq riski azalır. Müştəri də hər dəfə digər istifadəçi hesabı yaratmadan və yadda saxlamadan onlayn xidmətlərindən istifadə üçün rahatlıqla öz rəqəmsal şəxsi məlumatlarından istifadə edir.

 

Siyahıya qayıt