AsanDoc: instalyasiya təlimatı


Windows əməliyyat sistemində instalyasiya

Mac əməliyyat sistemində instalyasiya

Linux əməliyyat sistemləri üçün instalyasiya

1.Tələblər

1.1 Avadanlıqlara qoyulan tələblər

Rəqəmsal ID istifadə olunduğu zaman SCM Card Reader-lərin instalyasiya olunduqlarına lütfən, əmin olun.
AsanDoc Client proqramının yüklənməsi və istifadəsi üçün hazırki PC avadanlıqlara (CPU, memory, hard drive) xüsusi tələblər yoxdur.

1.2 Proqram təminatına qoyulan tələblər

AsanDoc Client proqram təminatı aşağıdakı Windows, Mac və Linux əməliyyat sistemlərində işləyir:
• Windows XP
• Windows Vista
• Windows 7
• Windows 8
• Mac 10.6
• Mac 10.7
• Mac 10.8
• Ubuntu 12.04
• Fedora 18
• openSUSE 12

2.Windows əməliyyat sistemində instalyasiya

2.1 Endirmə prosesi

Windows əməliyyat sistemi üçün AsanDoc Client proqram təminatının son versiyasını aşağıdakı ünvandan endirin:
http://www.asanimza.az/download/

2.2 İnstalyasiya

AsanDoc Client proqram təminatının yeni versiyasını endirdikdən sonra endirilmiş Microsoft instalyasiya paketini “super istifadəçi” imtiyazları ilə işə salın və ya sistem inzibatçısına müraciət edin.
İnstalyasiya prosesinə başlamaq üçün ilk dialoq pəncərəsində “İrəli” (”Next”) düyməsini seçin:

image002

Növbəti ekranda Siz AsanDoc Client proqramının instalyasiya olunduğu yeri dəyişə bilərsiniz. Susmaya görə işçi masada və “Start” menyusunda yarlıklar yaradılacaq. Siz bu yarlıkları istəmədiyiniz təqdirdə müvafiq seçim qutusunu passiv edin.
İnstalyasiya prosesinə davam etmək üçün “İrəli” (“Next”) düyməsini seçin.

image003

Növbəti dialoq pəncərəsində “İnstalyasiya” (“Install”) düyməsini seçin:

image004

“İnstalyasiya” (“Install”) düyməsini seçdikdən sonra AsanDoc Client proqramının kompüterinizə yükləmək istəyinizin təsdiq edilməsi üçün pəncərə açıla bilər. İnstalyasiyanı davam etdirmək üçün “Bəli” (“Yes”) düyməsini seçin:

image005

İnstalyasiya prosesi başa çatdıqda, “Setup” dialoq pəncərəsini bağlamaq üçün “Hazırdır” (“Finish”) düyməsini seçin:

image006

AsanDoc Client proqram təminatı Sizin Windows sisteminizdə uğurla instalyasiya olunmuşdur.

QEYD:
AsanDoc Client proqram təminatının 1.0.0.84 (və ya əvvəlki) versiyasının 1.0.0.194 (və ya sonrakı) versiyası ilə yenilənməsi zamanı lütfən, aşağıda təsvir olunan əməliyyatların ardıcıllığına riayət edin:

a. AsanDoc Client proqram təminatının əvvəlki versiyanı silin.

b. Aşağıdakı təlimatlardan istifadə edərək, əvvəlki AsanDoc Client versiyasına aid olan sertifikatlarını silin:

“Start” düyməsini seçin, “Run” pəncərəsini açın, “Open” sahəsində “certmgr.msc” daxil edib, “OK” düyməsini seçin.

image007“Run” pəncərəsindəki əməliyyat

“Action” düyməsini seçin.

image008“Action” menyusu

“Find Certificates…” menyu bölməsini seçin.

image009“Action” menyusu, “Find Certificates…” menyusu bölməsi

“Contains” sahəsinə “asan” açar sözünü daxil edib, “Find Now” düyməsini seçin.

image010“Find Certificates” pəncərəsi

Sertifikatları seçib, onların üzərində “right click” edərkən açılan pəncərədə “Delete” düyməsini seçin.

image011Sertifikatların silinməsi (addım 1)

Silinmə prosesini təsdiq etmək üçün “Yes” düyməsini seçin.

image012Sertifikatların silinməsi (addım 2)

c. AsanDoc Client proqramının yeni versiyasını instalyasiya edin.

3.Mac əməliyyat sistemində instalyasiya

3.1 Endirmə prosesi

Mac əməliyyat sistemi üçün AsanDoc Client proqram təminatının son versiyasını aşağıdakı ünvandan endirin:
http://www.asanimza.az/download

3.2 İnstalyasiya

Mac AsanDoc Client paketinin yeni versiyasını endirdikdən sonra Disc Image (.dmg) faylının işə salınması ilə instalyasiya edin.
İnstalyasiya prosesinə başlamaq üçün ilk dialoq pəncərəsində “Davam etmək” (“Continue”) düyməsini seçin:

Screen Shot 2015-01-22 at 3.03.27 PM

Proqram təminatının lisenziyalı razılaşması əks olunacaqdır. İnstalyasiya prosesinə davam etmək üçün “Davam etmək” (“Continue”) düyməsini seçin.

Screen Shot 2015-01-22 at 3.03.44 PM

AsanDocClient proqramının instalyasiyasına davam etmək və lisenziya şərtləri ilə razılaşmaq üçün “Qəbul edirəm” (“Agree”) düyməsini seçin:

Screen Shot 2015-01-22 at 3.03.58 PM

Kompüterinizdə proqramın instalyasiyasına davam etmək üçün növbəti dialoq pəncərəsində “İnstalyasiya” (“Install”) düyməsini seçin.

Screen Shot 2015-01-22 at 3.04.08 PM

“İnstalyasiya” (“Install”) düyməsini seçdikdə, kompüterinzidə AsanDoc Client proqramının instalyasiyası istəyinizlə bağlı təsdiqin tələb edildiyi pəncərə açıla bilər. Yeni proqram təminatının instalyasiyasına icazə vermək üçün Ad və parolunuzu (“Name”, “Password”) daxil edin və proqram təminatının instalyasiyasına davam etmək üçün “İnstalyasiya” (“Install Software”) düyməsini seçin:

Screen Shot 2015-01-22 at 3.04.39 PM

İnstalyasiya prosesi başa çatdıqda dialoq pəncərəsini bağlamaq üçün “Bağlamaq” (“Close”) düyməsini seçin.

Screen Shot 2015-01-22 at 3.05.08 PM

AsanDoc Client proqram təminatı Mac kompüterinizdə uğurla instalyasiya olunmuşdur.

4.Linux əməliyyat sistemləri üçün instalyasiya

4.1 Ubuntu

4.1.1 Konfiqurasiya

AsanDoc Client proqram təminatının repozitorisini Ubuntu sisteminin repozitori siyahısına əlavə edin və ya bu işin görülməsi üçün sistem inzibatçısına müraciət edin.
Terminal pəncərəsini açın və “sudo” qrupuna aid olan istifadəçinin imtiyazları ilə komandanı(bir xətdən ibarət olan) daxil edin:

sudo echo “deb http://www.asxm.gov.az/repository/asandoc/deb presice main” >> /etc/apt/sources.list

AsanDoc Client proqram təminatı öncə sistemdə xml­security­c paketinin mövcudluğunu tələb edir. Əgər bu paketin repozitorisi Sizin Ubuntu sisteminizin repozitori siyahısında mövcud deyilsə, sistemdə əlavə repozitori konfiqurasiya olunmalıdır. Buna aşağıdakı komandanın (bir xətdən ibarət olan) yerinə yetirilməsi ilə nail olmaq olar:

sudo echo “deb http://security.ubuntu.com/ubuntu precise-security main restricted universe” >> /etc/apt/sources.list

4.1.2 İnstalyasiya

AsanDoc Clientpaketləri asandoc-keyring paketi ilə instalyasiya olunan açarla imzalanır. Ona görə də repozitorilərin siyahısını yeniləyin, asandoc-keyring proqram paketini quraşdırın. O isə öz növbəsində kompüterinizə packagekey-i quraşdıracaq. Bundan sonra AsanDoc Client-i instalyasiya edin.
Terminal pəncərəsini açın və “sudo” qrupuna aid olan istifadəçinin imtiyazları ilə komandanı daxil edin:

sudo apt-get update

(AsanDoc repozitorisinin etibarlı olmadığı məlumatı nəzərə almayın, növbəti komandanın yerinə yetirilməsi zamanı bu problem aradan qaldırılacaq)

sudo apt-get install asandoc-keyring

(“y” daxil edin, bu isə avtorizə olunmamış repozitorilərdə yerləşən paketə etibar etdiyinizi bildirir)

sudo apt-get install asandoc-client

AsanDocClient proqramı Linux sisteminizdə uğurla instalyasiya olundu.

4.2 Fedora

4.2.1 Konfiqurasiya

AsanDoc client instalyasiya paketləri repozitorilərini Fedora sisteminizin repozitori mənbələri siyahısına əlavə edin və ya sistem inzibatçısına müraciət edin.
“sudo” qrupuna aid olan adi istifadəçi adından /etc/yum.repos.d/asandoc.repo faylını əlavə edin. Faylın məzmunu aşağıdakı şəkildə olmalıdır:

[asandoc]
name=Asandoc Fedora Repository
baseurl=http://www.asxm.gov.az/repository/asandoc/rpm
enabled=1
gpgcheck=0

Faylı yadda saxlayıb bağlayın.

4.2.2 İnstalyasiya

Terminal pəncərəsini açın və “sudo” qrupuna aid olan istifadəçinin imtiyazları ilə komandanı daxil edin:

sudo yum check-update

sudo yum install asandoc-client

AsanDocClient proqramı Linux sisteminizdə uğurla instalyasiya olundu.

4.3 openSUSE

4.3.1 Konfiqurasiya

AsanDoc Client proqram təminatı öncə sistemdə xml­security­c paketinin mövcudluğunu tələb edir. Əgər bu paketin repozitorisi Sizin openSUSE sisteminizin repozitori siyahısında mövcud deyilsə, sistemdə əlavə repozitori konfiqurasiya olunmalıdır. Buna aşağıdakı komandanın (bir xətdən ibarət olan) yerinə yetirilməsi ilə nail olmaq olar:

sudo zypper ar http://download.opensuse.org/repositories/security:/shibboleth/openSUSE_12.3 security_shibboleth

AsanDoc Client paketinin instalyasiyası üçün onun repozitorisi də konfiqurasiya olunmalıdır. Buna aşağıdakı komandanın yerinə yetirilməsi ilə nail olmaq olar:

sudo zypper ar http://www.asxm.gov.az/repository/asandoc/opensuse

4.3.2 İnstalyasiya

Terminal pəncərəsini açın və “sudo” qrupuna aid olan istifadəçinin imtiyazları ilə komandanı daxil edin:

sudo zypper refresh

sudo zypper install asandoc-client

AsanDocClient proqramı Linux sisteminizdə uğurla instalyasiya olundu.

İnstalyasiya təlimatını PDF formatında yükləyin

Siyahıya qayıt