Əsas ofis

Ünvan: 1, Nobel Prospekti – 2, İ. Orucova küçəsi, Bakı, AZ1025, Azərbaycan
Tel.: (+994) 124 90 80 59
E-ünvan: info@bestsolutions.az


Dəstək

Tel.: 195
E-ünvan: info@asanimza.az

Tərəfdaşlar

aser_logod_06Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 685 saylı 13 iyul 2012-ci il tarixli fərmanı ilə təsis edilmişdir. Agentlik Strukturu və Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 saylı fərmanı ilə təsdiq edildiyi gündən fəaliyyətə başlamışdır.
www.asan.gov.az

ASXMAzərbaycan Respublikasının Vergilər Nazirliyinin qərarı əsasında yaradılan Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) – autentifikasiya və mobil SIM (Asan İmza) və elektron (Rəqəmsal ID -kart) smart kartlar üçün elektron imza sertifikatlarını təqdim edən, həmçinin digər xidmətləri həyata keçirən, dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və hüquqi baxımdan vacib olan elektron imzaların istifadəsini təmin edən Sertifkat Xidmətləri Mərkəzi hesab edilir. Mərkəz 09.04.2013-cü il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən akkreditə edilmiş və dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə təkmil sertifikat vermək hüququna malikdir.

Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ənənələrini gözləyərək vətəndaşlara, vergi ödəyicilərinə, hakimiyyət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına müasir texnologiyalara əsaslanan ən etibarlı xidmətləri təqdim edir.
www.asxm.gov.az

aser_logod_07Bazar iqtisadiyyatına keçid dövründə məqsədyönlü və davamlı iqtisadi siyasətlərin tətbiq edilməsində və milli büdcə mənfəətlərinin formalaşmasında, beləliklə də, Azərbaycanın iqtisadi və sosial inkişafı üçün əsasın yaradılmasında vergi orqanlarının rolu getdikcə artır. Daxili iqtisadiyyatın bazar münasibətlərinə keçidi, belə münasibətlərin tənzimlənməsində və milli büdcə mənfəətinin formalaşmasında vergilərin artan rolu ilə əlaqədar Azərbaycan Maliyyə Nazirliyi 1990-cı ilin iyulunda vergi xidmətini təsis etdi. Bu xidmət yeni iqtisadi münasibətlər əsasında yeni vergi siyasəti tətbiq etmək, milli büdcəyə tam və vaxtında vergi və digər məcburi ödənişləri təmin etmək, vergi qanunvericiliyinə və dövlətin qiymət rejiminə uyğun hüquqi və fiziki şəxslərə dövlət nəzarətini həyata keçirmək məqsədi daşıyır.
www.taxes.gov.az

Rabitənin Azərbaycanda qədim tarixi vardır, qədim zamanlardan məktublar çaparlar vasitəsilə çatdırılırdı. Azərbaycanda rabitə çaparlar, dəvə karvanları və s. vasitəsilə həyata keçirilirdi. Azərbaycan Poçtu rəsmi olaraq 1501-ci ildə Azərbaycan Səfəvi dövlətinin hökmdarı Şah İsmayıl Xətai tərəfindən təsis edilmişdir. Müasir şəkildə poçtun təşkil edilməsi isə 19-cu əsrin birinci yarısına təsadüf edir.
www.mincom.gov.az

Best SolutionsB.est Solutions (Best Solutions Ltd) şirkətinin gücü beynəlxalq və yerli proseslərin idarə edilməsi sahəsində olan təcrübədədir. Estoniya və Azərbaycanda böyük e-qərar qəbuledicilərinin çoxu “B.est Solutions” şirkətinin təşkilatı altında, onun ən yaxşı təcrübələrindən və elmi-texniki yeniliklərdən istifadə olunmaqla təsis edilmişdir. Bu gün “B.est Solutions” Estoniyada və Azərbaycanda ən yaxşı e-həll vasitələri ixracatçısı olub, e-həllər və ən vacibi hökumət dəstəyinə malik, ən geniş şirkətlər şəbəkəsi təşkil edir. Şirkətin müştərilərinə bizneslər və ictimai sektor təşkilatları daxildir və “B.est Solutions” diqqəti biznes fəaliyyətini dəstəkləyən həll vasitələrinin çatdırılmasına yönəldir.
www.bestsolutions.az

2004-cü ildən bəri texnoloji yenilikləri tətbiq edən Cybernet MMC Azərbaycanda informasiya texnologiyası xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. Şirkət Proqam təminatının yazılması, sistem arxitekturasının hazırlanması, İT infrastrukturun qurulması ilə məşğul olur. Dövlət, bank, telekommunikasiya, iri və orta biznes qurumlarına isitqamətlənən şirkət korporativ idarəetmə, maliyyə və biznesin avtomatlaşdırılması üzrə qabaqcıl proqram və aparat  həllərinin tətbiqi, təkmilləşdirilməsi, texniki dəstək və inteqrasiyası xidmətlər təklif edir.
www.cybernet.az

aser_logod__12”Cybernetica” tədqiqat və layihələndirmə şirkəti, ilkin avadanlıq istehsalçısı və İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən həll vasitələri təchizatçısıdır. Biz geniş çeşidli orijinal rabitə, vizual naviqasiya, işıq siqnalları və telematik məhsullar, o cümlədən standart və tələblərə uyğunlaşdırılmış texniki avadanlıq/proqram təminatı sistemləri üzrə həll vasitələri təklif edirik. Bizim xidmətlərimiz informasiya sistemlərinin auditindən tutmuş mürəkkəb təyinatlı xüsusi təhlükəsiz paylaşma sistemlərinin, həmçinin sərhəd təhlükəsizliyi üçün inteqrasiyalı nəzarət sistemlərinin və Gömrük orqanları üçün e-gömrük həll vasitələrinin layihələşdirilməsi, istehsalı, quraşdırılması və texniki xidmətinə qədər geniş sahəni əhatə edir.
www.cyber.ee

aser_logod_10 ”TeliaSonera” insanlara və şirkətlərə asan, səmərəli və ekoloji baxımdan təhlükəsiz üsulla əlaqə saxlamağa yardım edən şəbəkəyə giriş və telekommunikasiya xidmətləri təklif edir.
Beynəlxalq güc ilə yerli mükəmməlik birlikdə bizim həqiqətən təkraredilməz olduğumuzu göstərir və Skandinaviya ölkələrindən Nepala qədər müştərilərə beynəlxalq səviyyəli təcrübə təqdim edir. Bu kombinasiya nəzərəçarpacaq 4G, dünya səviyyəli fiber-optik şəbəkə və Everest zirvəsində 3G xidmətinin təklif edilməsi ilə nəticələndi.

www.emt.ee

aser_logod_08Azercell şirkətinin əsas səhmdarı İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər 20-yə qədər ölkədə filial şirkətləri olan və cəmi 460 milyondan çox şəxsə öz xidmətlərini təklif edən “TeliaSonera” şirkətdir. “TeliaSonera” Avrasiyada mobil rabitə sahəsində aparıcı mövqeyə malik ən qabaqcıl telekommunikasiya holdinqidir.
www.azercell.com

aser_logod_03Bakcell 1994-cü ilin mart ayında GTİB və Azərbaycan Respublikası Rabitə Nazirliyi arasında birgə müəssisə kimi təşkil edilmişdir. Bakcell Azərbaycanda mobil şəbəkə xidməti təchiz etməyə başlamış ilk şirkətdir.
www.bakcell.com

Azerfon MMC Azərbaycanda öz fəaliyyətinə 21 mart 2007-ci il tarixdə “Nar Mobile” brendi adı altında başlamış və qısa müddət ərzində telekommunikasiya və mobil rabitə sahəsində aparıcı şirkətlərdən birinə çevrilmişdir.
www.narmobile.az

aser_logod_09 “Gemalto” bizim inkişaf edən rəqəmsal cəmiyyətin qəlbidir. Biz milyardlarla insana öz rəqəmsal həyat tərzlərindən təhlükəsiz şəkildə istifadə etmək imkanı; istənilən vaxt və istənilən yerdə rahat, xoşagələn və təhlükəsiz şəkildə telefon əlaqəsi qurmaq, səyahət və alış-veriş etmək, bank xidmətlərindən istifadə etmək, əylənmək və işləmək imkanı veririk.
www.gemalto.com