21.05.2018

“Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olundu

15-18 may 2018-ci il Münhen şəhərində identitet və bulud texnologiyası üzrə “European Identity & Cloud Conference 2018” Avropa konfransı keçirilmişdir. Konfransda bu sahədə qabaqcıl Avropa təcrübəsi, yeni trendlər və texnologiyalar, təhlükəsizlik standartları təqdim edilmişdir. Tədbir özündə identitet sahəsində lider şirkətlərin 800-dən çox aparıcı ekspertləri, vendorları, analitikləri və rəhbərləri birləşdirmişdi.

Əlavə məlumat
18.05.2018

Qubada FEMMES DIGITALES klubunun Üçüncü Regional İKT tədbiri keçirildi

12-13 may tarixlərində Qubada “Azərbaycan Qadınları İKT-də – FEMMES DIGITALES” klubu tərəfindən təşkil edilən ənənəvi regional tədbir keçirilmişdir.

Əlavə məlumat
03.05.2018

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ABŞ-da təqdim edilmişdir

2018-ci il aprelin 30-dan mayın 2-dək Vaşinqton şəhəri, Kolumbiya dairəsində biometriya və identifikasiyanın idarə edilməsi üzrə aparıcı qlobal tədbir olan “Connect:ID” keçirildi. Bu tədbir çərçivəsində baş tutan konfrans və sərgidə sənaye, hökumət və adi istehlakçıların nümayəndələri son layihələrlə tanış ola, həm fiziki, həm də rəqəmsal identitet konsepsiyasını formalaşdıran siyasət və texnologiyalarla bağlı sualları müzakirə edə bildilər.

Əlavə məlumat
19.03.2018

Novruz bayramınız mübarək!

Əlavə məlumat
19.03.2018

“GUAM Rəqəmsal Ticarət Qovşağı”nın işlənib hazırlanması üzrə dəyirmi masa keçirilmişdir

15-16 mart 2018-ci il tarixlərində GUAM-ın Kiyevdəki katibliyində GUAM sahəvi əməkdaşlığın aktivləşdirilməsi üzrə fəaliyyət Planının icrası ilə bağlı “GUAM Rəqəmsal Ticarət Qovşağı”nın işlənib hazırlanması üzrə dəyirmi masa keçirildi.

Əlavə məlumat
28.02.2018

Azərbaycanın innovasiyası PASHA Bankın London Fond Birjasındakı 3-cü seminarında təqdim edilmişdir

22 fevral London Fond Birjasında PASHA Bank tərəfindən təşkil olunan “Azərbaycan: beynəlxalq maliyyələşməyə hazırlıq” mövzusunda seminar keçirilmişdir. Bu seminarın məqsədləri Azərbaycanda investisiya imkanlarının nümayişi və maliyyə sektorunda cari islahatların müzakirəsi, eləcə də Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı və strateji partnyorluq münasibətlərinin genişləndirilməsindən ibarət olmuşdur.

Əlavə məlumat
13.02.2018

Estoniyanın aparıcı Postimees nəşri sahibkar qadın Yana Krimpe haqqında məqalə çap etmişdir

2018-ci ilin fevral ayında B.EST Solutions şirkətinin təsisçisi və rəhbəri və Milli mobil identitetlərin qlobal ittifaqının (GANMI) sədri xanım Yana Krimpe One World Identity (OWI) versiyasına əsasən dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edilmişdir. Bu uğur bir çox xarici KİV-lər tərəfindən də diqqətdən kənarda qalmamışdır.

Əlavə məlumat
12.02.2018

Azərbaycanda ilk dəfə olaraq PAŞA Bank tərəfindən bankın fərdi bankçılıq filiallarında “Asan İmza” mobil elektron imza məhsulu təqdim edilir

Öz fəaliyyəti dövründə PASHA Bank Azərbaycanın qabaqcıl banklarından birinə çevrildi, eləcə də müştərilərinə Türkiyə və Gürcüstanda xidmət göstərərək ölkənin hüdudlarında da öz iştirakını genişləndirmiş oldu.

Əlavə məlumat
08.02.2018

ABŞ B.EST Solutions Azərbaycan şirkətinin rəhbərini One World Identity versiyasına görə identitet sahəsində dünyanın 100 nüfuzlu şəxsləri siyahısına daxil etdi

One World Identity (OWI) identifikasiya metodlarının tədqiqatı və işlənib hazırlanması ilə məşğul olan və Şimali Amerika və Böyük Britaniyada rəqəmsal ticarət və infrastrukturda ixtisaslaşan nüfuzlu müstəqil təşkilatlardan biridir. Təşkilatın əsas vəzifəsi müəssisələrə, investorlara və hökumətlərə rəqəmsal identifikasiya metodu əsasında fəaliyyət göstərən davamlı, perspektivli məhsullar və strategiyalar yaratmaq üçün bazar tendensiyalarını qabaqlamaqda köməklik göstərməkdən ibarətdir.

Əlavə məlumat
01.02.2018

Azərbaycanın layihələri United Nations, ITU – WSIS-2018 7-ci müsabiqəsinin mükafatına namizəddir

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər il keçirilən informasiya cəmiyyəti məsələləri üzrə (WSIS) yüksək səviyyədə reallaşdırılan beynəlxalq görüşdə WSIS-2018 mükafatına namizədlərin siyahısı açıqlandı.

Əlavə məlumat