04.12.2017

Azərbaycan “B.EST Solutions”- “Asan İmza” texnologiyası ilə Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri oldu

14 noyabr 2017-ci il tarixlində Brüsseldə Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) təşkilatıçılığı və Avropa Komissiyasının dəstəyilə keçirilən 19-cu beynəlxalq “The Future of Digital Security and Trust – ISSE 2017” konfransı və sərgisi çərçivəsində Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI – Global Alliance for National Mobile Identities) yaradıldığı elan edildi.

Qlobal İttifaq mobil elektron identitetlərin milli operatorları və ya mobil imzalardan ibarət olacaqdır. İttifaqın məqsədi bu sahədə artıq işlənib hazırlanan standartları tətbiq etmək, uyğun həllərin inkişafı və bütün dünyada təchizatçıların seçilməsini genişləndirmək üçün onları bu proseslərə uyğunlaşdırmaqdan ibarətdir.

GANMI-ın yaradılması məsələsi ilk dəfə 2016-cı ildə Parisdə keçirilən 17-ci ISSE 2016 Beynəlxaql Konfransında ikitərəfli görüşlər çərçivəsində müzakirə edilmişdir. Məhz həmin konfransda “B.EST Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe və EEMA işçi qrupu tərəfindən GANMI-nin təsis edilməsi ilə bağlı təklif irəli sürülmüşdür. Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) yaradılması və inkişafında hərtərəfli dəstəyi yaradılan GANMI İttifaqının bütün üzv ölkələri – Avstriya, Azərbaycan, Türkiyə, Oman, Moldova, İslandiya Norveç, İsrail, Estoniya, Belçika, İsveçrə göstərmişdir.

Fəaliyyətinin birinci ilində Qlobal İttifaqın sədri Avstriya, həmsədr isə Azərbaycan olacaqdır. Bu isə mobil identitet texnologiyasının inkişafında “Asan İmza”nın açar rolunu və onun təkmil gücləndirilmiş elektron imzanın beynəlxalq standartlarına uyğunluğunu bir daha sübut etmiş oldu.

“Asan İmza”nın bu İttifaqda iştirakı mobil imza texnologiyasını istifadə edən bütün ölkələr, o cümlədən Azərbaycan texnologiyası üçün böyük perspektivlər açır. Bura “Asan İmza” mobil elektron imzanın milli identifikasiya sisteminin vahid API GANMI vasitəsilə rəqəmsal xidmətlərin qlobal təchizatçıları ilə inteqrasiyası da daxildir. Bu, eyni zamanda Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etmək imkanı verir. Əsas məqsəd isə 2030-cu ilə qədər bütün istifadəçiləri elektron şəxsiyyət vəsiqəsilə təmin etmək, ölkələr arasında rəqəmsal identikliyin qarşılıqlı tanınması və istifadəsi üçün vahid platformanı yaratmaq və Mobil İdentitet vasitəsilə transsərhəd xidmətlərin işlənib hazırlanması sahəsində işləri davam etdirmək məqsədinə nail olmaqdır.

“Biz bu tarixi günə doğru uzun yol getdik. Qarşıda bizi, mobil identitet sahəsində ciddi autentifikasiya və “Know Your Customer – KYC” prinsiplərinə uyğunluğun vacib olduğu vahid standartların yaradılmasından beynəlxalq təşkilatlar və xidmətlərin qlobal təchizatçıları ilə əməkdaşlığın inkişafına qədər daha çətin yol gözləyir. GANMI Qlobal İttifaqının yaradılmasının təşəbbüskarlarından biri kimi Azərbaycanın olması faktı bir daha onu sübut edir ki, Azərbaycanın “Made in Azerbaijan” brendi altında innovasiyaları digər ölkələrdə tətbiq edilməyə və ixrac potensialının artırılmasına hazırdır. Ancaq bütün bunlar Azərbaycan Respublikası Prezidentinin şəxsində siyasi iradə, ölkədə keçirilən innovativ islahatlar və əlbəttə ki, ölkəmizin innovasiyalarının reytinqini yüksəltmək üçün öz resurslarını investisiya etməyə hazır olan, bütün dünya üzrə beynəlxaql arenada bizim həlləri təqdim etməyi bacaran Azərbaycan şirkətlərinin özlərinin fəallığı olmadan qeyri-mümkündür” – deyə xanım Yana Krimpe qeyd etmişdir.

Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının sədri Con Şama əlavə etmişdir: “Mobil qurğular daha çox ya ilkin, ya da törəmə sistemləri istifadə edən milli təhlükəsizliyin təminatı üçün daşıyıcılar kimi qəbul edilirlər. İdentifikasiyanın törəmə sistemləri müəyyən mənfəətlər təklif edir, lakin onların düzgün şəkildə istifadə edilməsi vacibdir. Standartlar tam deyil və sxemlər arasında əlaqə yoxdur. Bu isə arzu olunmayan risklərlə əlaqədar sərf etmədə qətiyyətsizliyə gətirib çıxarır. GANMI-nin məqsədi qlobal uyğunluğu təmin etmək, təchizatçıların seçimini genişləndirmək və riskləri azaltmaq üçün tətbiq olunan standartları bir-birinə yaxınlaşdırmaqdan ibarətdir”.