28.11.2017

“B.EST Solutions” Azərbaycan şirkəti Brüsseldə keçirilən FutureTrust Konsorsiumunun baş assambleyasında iştirak etmişdir

16 noyabr 2017-ci ildə Brüsseldə FutureTrust Konsorsiumunun üzvlərinin iştirakı ilə Baş assambleyası keçirilmişdir.

Bu Avropa layihəsi Avropa İttifaqı bazarında və onun hüdudlarında elektron tranzaksiyalar üçün (eIDAS) elektron identifikasiya (eID) və etibarlılıq xidmətləri məsələlərinin praktiki nizamlanmasını dəstəkləməyə istiqamətlənmişdir. Layihə Avropa İttifaqının tədqiqatlar və innovasiyalar Çərçivə Proqramı (Horizon 2020) çərçivəsində maliyyələşdirilir və Boxum Rur Universiteti (Almaniya) tərəfindən koordinasiya olunur. FutureTrust-ın məqsədi Avropa üçün etibarlılıq infrastrukturunun hərtərəfli, konfidensial, çevik, ümumi əlyetrəli olan komponentlərinin işlənib hazırlanması, eləcə də layihə iştirakçılarına hərtərəfli dəstəyin göstərilməsi hesab edilir. Bu gün onların sırasına 10 ölkədən 16 partnyor daxildir. Bura Almaniya, Lüksemburq, Belçika, Avstriya, Böyük Britaniya, Portuqaliya, Serbiya, Gürcüstan, Türkiyə, Cənubi Afrika və Azərbaycan daxildir. Azərbaycan, bu ilin sentyabrında layihənin assosiativ üzvü olmuş «B.EST Solutions» şirkəti tərəfindən Konsorsiumda təmsil olunmuşdur.

Baş assambleya çərçivəsində FutureTrust layihəsinin inkişafının əsas prinsipləri işlənilmişdir. Bura identifikasiyanın idarə edilməsi xidmətlərinin (IdMS), etibarlılıq xidməti və təhlükəsizliyin təmin edilməsi xidmətinin yaradılması, mobil imza və möhür xidmətlərinin standartlaşdırılması, eləcə də etibarlılığın qlobal siyahısının hazırlanması daxildir.

Bu prinsiplərə əsaslanaraq FutureTrust layihəsinə iştirakçı ölkələrdə pilot layihələrə start verilmişdir. Bunların içərisində əsas məqsədi elektron tranzaksiyaların emalı, ödənilməsi və arxivləşdirilməsi olan Almaniyanın Federal Administrasiya İdarəsinin Federal Portalı; əsas məqsədi Avstriya şirkətləri və assosiasiyalarının elektron hökumətin B2G xidmətlərinə vahid əlyetərlilik nöqtəsinin təqdim edilməsi hesab olunan Avstriyanın Elektron Hökumətinin xidmətlər Portalı; apostillərin nəşriyyatçılarının və nəşr olunmuş apostillərin metaverilənlərinin reyestrinin aparılması üçün Gürcüstanın elektron apostillərinin yoxlanış sistemi; birbaşa debetləşdirilmə proseslərində kağız mandatın elektron mandata dəyişdirilməsi məqsədilə Portuqaliyanın avro ilə ödəmələrin Vahid zonasının elektron mandat xidməti – SEPA.

Konsorsiumun keçən görüşü Avropa İttifaqı ölkələri və Azərbaycan da daxil olmaqla partnyor ölkələr arasında etibarlılıq infrastrukturunun yaradılması məsələlərinə həsr olunmuşdur. Tədbir çərçivəsində FutureTrust Konsorsiumunun Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyası, Avstriyanın Federal Hesablama Mərkəzi, Almaniyanın Federal Administrativ İdarəsi, Gürcüstan, Rur və Sautgempton universitetlərinin Dövlət Xidmətinin inkişafı Agentliyi, Serbiya Respublikasının Daxili İşlər Nazirliyi, PriceWaterhouseCoopers, İsveçrədə Tətbiqi Elmlər Bern Universiteti, Giesecke + Devrient Mobile Security, Türkiyənin elmi-texniki tədqiqatlar Birliyi və digər ölkələr kimi üzvlərinin nümayəndələrinin məruzələri səslənmişdir. Pilot layihəyə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının daxil edilməsi imkanı FutureTrust Konsorsiumunun üzvlərinin xüsusilə marağına səbəb oldu.

Qeyd edək ki, “B.EST Solutions” şirkətinin FutureTrust Konsorsiumuna üzvlüyü Azərbaycan innovasiyaları və “Asan İmza” mobil elektron imza texnologiyaları haqqında beynəlxalq ictimaiyyətin informativliyini yüksəltmiş olacaq, eyni zamanda Azərbaycanın nəinki Avropa İttifaqı ilə həmçinin qlobal şəkildə transsərhəd elektron xidmətlərin işlənib hazırlanmasında iştirakını maksimum yüksəltməyə imkan verəcəkdir.

Həmçinin Azərbaycan şirkətinin belə layihələrdə iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun imkanları haqqında Avropa ictimaiyyətini tanış etmək vasitəsilə ölkənin İKT-sahəsinin eksport-investisiya potensialının xaricdə artmasına təsir göstərəcəkdir.