“Asan İmza”nın (Mobil ID) istifadəsində 7 əsas təhlükəsizlik qaydası

Məlum olduğu kimi Asan İmza (Mobil imza) elektron mühitdə fiziki ID karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM kartınızdır. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə imzalaya bilərsiniz.
İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq PIN kodlar ilə qorunur. Mobil telefon eyni zamanda həm elektron imza üçün smart kart (e-imza kartı), həm də kart oxuyucu qurğu kimi istifadə olunur.
Asan İmza (Mobile ID) elektron xidmətlər mühitinə giriş üçün təhlükəsizlik aləti hesab edilir və rəqəmsal imzanın qoyulmasına imkan verir. Bununla belə bədniyyətlilər çox vaxt insanların ehtiyatsızlığından istifadə edir. Ona görə də “Asan İmza”dan (Mobile ID) istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.
“Asan İmza”nın (Mobil ID) istifadəsində 7 əsas təhlükəsizlik qaydası aşağıdakılardır:

1. İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və PIN kodları kənar şəxslərə verməyin.
Asan İmza (Mobile ID) SIM kartı PIN kodlar ilə birlikdə bədniyyətlilərin əlinə keçdiyi zaman onlar Sizin adınızdan sövdələşmə imzalaya, həmçinin şəxsi verilənlərinizi görə bilərlər. Bu halda onlar tərəfindən götürülən öhdəliklər Sizin üzərinizə düşəcəkdir.

2. Asan İmza (Mobile ID) SIM kartının əldə edilməsindən sonra Asan İmza (Mobile ID) PIN kodlarını dəyişmək məsləhət görülür.
Kodları dəyişmək üçün Sizə məxsus PUK kodu bilməyiniz tələb olunur. Daha asan yadda qalsın deyə PIN1 və PIN2 kodlarını eyni şəkildə dəyişməyin.

3. PIN və PUK kodları telefondan ayrı saxlayın.
PIN kodlarınızın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də Asan İmza (Mobile ID) PIN və PUK kodlarını telefondan ayrı saxlamaq məsləhət görülür. Hətta telefonunuzu tanışlarınıza müəyyən müddətə belə verdikdə PIN və PUK kodlarınızı gizli saxlayın!
PIN kodları əzbərləyin. Bu üsul alınmadıqda isə PIN kodları Asan İmzaya (Mobile ID) heç bir istinad etmədən etibarlı yerə qeyd edin.

4. PIN kodlar üçün sadə kombinasiyalardan (0000, 1111, 1234 и т.п.), ad günü, ev və mənzillərin nömrəsi və s. istifadə etməyin.

5. Telefonun ekranında Asan İmza (Mobile ID) vasitəsilə istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından əmin olun.

6. PIN kodu istifadə etmək istədiyiniz xidmətdən ismarıc aldıqdan sonra daxil edin.

7. Mobil telefon oğurlandığı və ya itirildiyi zaman ilk olaraq texniki dəstək xidmətinə (Azercell, Bakcell və ya Nar Mobile) müraciət edib Sizə məxsus olan Asan İmza (Mobile ID) SIM kartınızı bloka salın. Asan İmza (Mobile ID) SIM kartının bloka salınması zamanı bütün sertifikatların da qüvvəsi dayandırılacaq.

Asan İmza (Mobile ID) SIM kartını bloka salmadan sertifikatların qüvvəsinin dayandırılması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) texniki dəstək xidmətinə (195) zəng edərək sertifikatlarınızın qüvvəsinin dayandırılmasını xahiş edin. Sertifikatlarınızın qüvvəsini dayandırdıqdan sonra Asan İmza xidmətindən istifadə etmək istədikdə, yeni Asan İmza SIM kartını alaraq yeni sertifikatları əldə etmək lazım olacaq.

Müasir texnologiyalar mobil qurğulara funksionallığına görə stolüstü kompüterlər və “notebook”lar ilə yarışmağa imkan verir. Smartfonlar insanlar arasında əlaqənin, informasiyanın əldə edilməsi, ötürülməsi və yayılmasının bir çox yeni üsullarını təqdim edir. Belə ki, smartfonlar İnternetə nəinki operator vasitəsilə həmçinin wi-fi ilə (məsələn, İnternet-kafelərdə “notebook”lar kimi) qoşula bilir.

Əlbəttə, smartfon əvvəlki kimi adi zənglər etməyə imkan verir. Ancaq bu qurğulara kiçik kompüterlər kimi baxmaq daha məntiqli olardı. Ona görə də əgər Siz smartfondan istifadə edirsinizsə. unutmayın ki, onun da kompüteriniz kimi qorunması tələb olnur.

Siyahıya qayıt