21.05.2018

“Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olundu

15-18 may 2018-ci il Münhen şəhərində identitet və bulud texnologiyası üzrə “European Identity & Cloud Conference 2018” Avropa konfransı keçirilmişdir. Konfransda bu sahədə qabaqcıl Avropa təcrübəsi, yeni trendlər və texnologiyalar, təhlükəsizlik standartları təqdim edilmişdir. Tədbir özündə identitet sahəsində lider şirkətlərin 800-dən çox aparıcı ekspertləri, vendorları, analitikləri və rəhbərləri birləşdirmişdi.

Konfrans 160-dan çox sessiyadan ibarət idi. Bu il müzakirənin əsas mövzuları identifikasiya və əlyetərliliyin idarə edilməsi, blokçeyn vasitəsilə identifikasiya, konfidensiallıq və təhlükəsizlik, risklərin idarə edilməsi və yüngülləşdirilməsi, fərdi məlumatların qorunmasının təmin edilməsində dünya standartları və etibarlılığın peşəkar xidmətlərinin təqdim edilməsi, kibertəhlükəsizlik kimi mövzular olmuşdur.

Konfransda ümumilikdə bütün dünyadan 200-dən çox məruzəçi iştirak etmişdir ki, onların sırasında IBM Security bulud identifikasiya xidmətinin rəhbəri Yasen Miis, Microsoft identitet standartları üzrə Pamela Dinql, Itochu Techno-Solutions şirkətinin baş direktor müavini Naoxiro Fudji, KuppingerCole şirkətinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə məsləhətçisi Mayk Smol, Kanadanın Rəqəmsal ID və Autentifikasiya Birliyinin (DIACC) Prezidenti Coni Brennan, Microsoft’s Cloud + Enterprise group İdentitet bölməsinin Vise-Prezidenti Coy Çik, IBM təhlükəsizlik sistemi texnologiyasının rəhbəri Doktor Sridar Muppidi və b. qeyd etmək olar.

Azərbaycan “Asan İmza” mobil elektron imzanın Operatoru sayılan “B.EST Solutions” şirkəti tərəfindən onun təsisçisi və direktoru xanım Yana Krimpenin simasında təmsil edilmişdir. Xanım Yana Krimpe iki mövzuda məruzə etmişdir: “Dünya standartlarına cavab verən mobil identitetin əsasları” və “Mobil proqramların təhlükəsizliyinin təmin edilməsində identifikasiya probleminin həll edilməsi”. Mobil İdentitet və təhlükəsizlik üzrə paneldə həmçinin GSMA-da proqramlar və servislərin rəhbəri Devid Pollinqton, CA Technologies şirkətinin kibertəhlükəsizlik üzrə direktoru Hordi Qaskon, KuppingerCole şirkətinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə məsləhətçisi və analitiki Mayk Smol da vardı. Xanım Yana Krimpe konfrans iştirakçılarına 2017-ci ildə yaradılan və mobil identifikasiya xidmətlərini öz milli sxemlərinə uyğun təqdim edən ölkələrin işlərinin əlaqələndirilməsinə istiqamətlənən Milli Mobil İdentitetlərin Qlobal İttifaqının vəzifələrini təqdim etmişdir. Qeyd edək ki, Azərbaycan bu İttifaqın həmsədridir və orada Asan İmza milli mobil identitet, eləcə də elektron hökumət sahəsində Azərbaycanın son nailiyyətləri, Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunur. Təqdim olunan innovasiyalar konfrans iştirakçılarının marağına səbəb olmuşdur.

Konfrans çərçivəsində “İdentitetdə Qadınlar” (“Women in Identity”) birliyinin üzvlərinin də görüşü baş tutmuşdur. Əsas məqsəd texniki sahə və onun hüdudlarında qadınlar arasında yeni münasibətlərin və rəhbərlərin formalaşdırılmasından ibarətdir. Onların içərisində Microsoft-da identifikasiya standartları üzrə direktor Pamela Dinql, IBM Security Europe İdentifikasiya və Əlyetərliliyin idarə edilməsi üzrə Texniki direktor xanım Anjelika Ştaynaker, KuppingerCole-da maliyyə üzrə analitik Barbara Mandl, ABNAMRO bankının rəqəmsal identifikasiya sahəsində strateqi Cakova Siders, Meeco-nun direktoru və təsisçisi Katrina Dou, Evernym-in siyasət üzrə qlobal məsləhətçisi Elizabet Renires, VISA-nın baş direktoru Emma Lindli, Kanadanın rəqəmsal şəxsiyyət vəsiqəsi və identifikasiya üzrə Birliyinin prezidenti Coni Brennan, Sphere Identity şirkətinin baş direktoru Ketrin Noall və dünyanın bir çox aparıcı sənaye liderlərini qeyd etmək olar.

“Azərbaycanı belə nüfuzlu tədbirlərdə təmsil etmək mənim üçün böyük qürurdu. Mən fəxr edirəm ki, Azərbaycan artıq Mobil identitet və elektron hökumət sahəsində digər innovativ həllərin tanınmış avtoritetinə çevrilmişdir. Təcrübəmiz ən yaxşı dünya təcrübəsi kimi daha çox ölkələri və beynəlxalq təşkilatları maraqlandırır. Mənim üçün Azərbaycan texnologiyalarının ixracı üzrə AZİNNEX (Azerbaijan Innovation Export Consortium) qarşısında qoyulan vəzifələri təmsil etmək və yerinə yetirmək üçün çox yaxşı imkandır. Münhen konfransı “İdentitetdə Qadınlar” nüfuzlu birliyinə qoşulmaq və bütün dünyadan Rəqəmsal İdentitet sahəsində aparıcı lider qadınların təcrübələrinin mübadiləsinə dəstək əldə etmək və peşəkar meydança qazanmaq üçün gözəl imkan oldu”-deyə xanım Yana Krimpe bildirmişdi.

istinad